Akademik Milli Dram Teatrı yeni mövsümü açıq elan edib

Akademik Milli Dram Teatrı yeni mövsümü açıq elan edib
23 sentyabr 2019
# 16:12

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni teatr mövsümünü “Qarabağnamə” tamaşası ilə açıq elan edib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Tamaşanın nümayişindən əvvəl teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək rəhbəri olduğu sənət ocağının uğurlarından və gələcək planlardan danışıb. Bildirib ki, teatr ənənəvi olaraq hər il mövsümü “Qarabağnamə” ilə açıq elan edir: “Bu tamaşada bizim tariximiz öz əksini tapıb, ona görə də tarixi öyrənmək hər kəs üçün vacibdir. Ümid edirik ki, doğma Qarabağımız tezliklə işğaldan azad olunacaq və bu tamaşa oradakı teatrlarda səhnəyə qoyulacaq”.

Dövlət başçısının Azərbaycan mədəniyyəti və incəsənətinə göstərdiyi diqqət və qayğıdan danışan sənət ocağının rəhbəri vurğulayıb ki, oktyabrda Akademik Milli Dram Teatrının 100 illiyi qeyd ediləcək. Azər Paşa Nemətov kollektivi və tamaşaçıları yeni mövsümün başlanması münasibətilə təbrik edib, yeni-yeni nailiyyətlər arzulayıb.

Sonra tamaşa nümayiş olunub.

Tamaşada rolları Xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Əjdər Həmidov, Sabir Məmmədov, Əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əli Nurzadə, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Rövşən Kərimduxt, Pərviz Bağırov, Elşən Cəbrayılov, Anar Heybətov, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edir.

Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

# 4199 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər