Onlar niyə burda yoxdur? SORĞU

Onlar niyə burda yoxdur? <span style="color:red;">SORĞU
29 iyul 2016
# 15:21

Elə bir zamanda yaşayırıq ki, virtual həyat real həyatdan daha maraqlı olub. Az qala Facebook sosial şəbəkəsində olmayan biri sanki realda mövcud deyil. Tanışlıqlar, gündəmdəki hadisələrin müzakirəsi... Bütün bunlar artıq reallıqdan virtuallığa daşınıb.

Amma bütun bu deyilənlərlə bərabər bəzi yazıçılar sosial şəbəkələrdən uzaqdır. Buna səbəb nədir?

Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Seyran Səxavət: “Açığı, maraqlanmıram. Heç bir xəbərim yoxdur. Bilmirəm ki, o nə olan şeydir. Hərdən internetdə öz adımı axtarışa verəndə, hansısa qəzetdə, saytda dediyim fikirlər çıxır orda. Amma Facebook heç bilmirəm nədir. Mənim müstəqillikdən bu günə qədər iki minə yaxın müsahibəm gedib, həm qəzetlərdə, həm də saytlarda. Ona görə də orda deyəcək heç bir fikrim yoxdur. Məni oxumaq istəyən, elə müsahibələrimdən, yazılarımdan oxuya bilər”.

Aqil Abbas: “Həm vaxtım çatmır. Həm də maraqlı deyil. İşlərim çox olur deyə Facebookda ola bilmirəm. Allah qoysa, 70 yaşını keçsəm, Vaqif Səmədoğlu kimi oturacam Facebookda. Onda xeyli vaxtım olacaq. Ancaq Facebooku izləyirəm, dostlarımın statuslarını oxuyuram. Hətta “Ədalət” qəzətində xoşuma gələn statusları müəllifin şəkli ilə çap etdirirəm”.

Fəxri Uğurlu: “Ən əsası vaxt məsələsidir. Düşünürəm ki, Facebookda oldunsa, gərək aktiv olasan. Salam verənə, danışmaq istəyənə reaksiya verəsən, sual verənin sualını cavablayasan, gündəmdəki hadisələrə münasibət bildirəsən. Mənim də indi işim elədir ki, bunu edəcək vaxtım yoxdur. Facebookda olmağım üçün müəyyən vaxt və imkan olmalıdır. Ancaq Facebookda mənim dostlarım var, orda gedən müzakirələrdən, yazılanlardan xəbərdaram. İstəyərəm Facebookda olum. Hətta cavan dostlarım bir neçə dəfə təklif ediblər ki, gəlin sizə Facebookda bir səhifə açaq. Görək indi, nə vaxt alınsa...”

Əlisəmid Kür: “Vaxt yoxdur. Xəbərim var ki, orda şeirlərimi verirlər, müzakirə edirlər. Dostlar gəlib deyirlər. Ancaq Facebook mənlik deyil”.

Saday Budaqlı: “Facebookdan xəbərim var, ancaq heç vaxt marağımda olmayıb. Həm də vaxt darlığından orda ola bilmirəm. Adam işindən-gücündən olmaq istəmir. Bir də ki, ehtiyac duymamışam Facebookda olmağı. Bəlkə ora baş qoşsam olan-qalan vaxtımı da aparar”.

Yaşar: “Doğrusu vaxtım, imkanım yoxdur Facebookda olmağa. Başqa işlərlə məşğulam. Hesab edirəm ki, Facebook insanın vaxtını alan lazımsız hobbidir. Real işlər görürəm. Mənə görə, real aləm daha maraqlıdır. Virtual aləmi sevmirəm”.

Azər Turan: “Vaxtım olmur. Səbəb təkcə budur. Facebook haqqında məlumatım var. Bilirəm, orda nə yazılır, nə danışılır, nələr müzakirə olunur. Ancaq özümün vaxtım olmadığından orda ola bilməmişəm. Mənə görə, çox vaxt aparan şeydir”.

# 1722 dəfə oxunub

Oxşar xəbərlər

"Füyuzat”  dərgisinin 147-ci sayı işıq üzü gördü

"Füyuzat” dərgisinin 147-ci sayı işıq üzü gördü

18:14 4 mart 2026
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olundu

Əməkdar artist Kübra Əliyeva evində ziyarət olundu

18:10 4 mart 2026
"Bütün janrlarda rahatlıqla ifa edə bilərəm” - Elnarə Abdullayeva

"Bütün janrlarda rahatlıqla ifa edə bilərəm” - Elnarə Abdullayeva

17:40 4 mart 2026
“IRS-Heritage” jurnalının yeni nömrəsi işıq üzü gördü

“IRS-Heritage” jurnalının yeni nömrəsi işıq üzü gördü

17:30 4 mart 2026
Salvador Dalinin ən böyük əsəri hərraca çıxarıldı

Salvador Dalinin ən böyük əsəri hərraca çıxarıldı

17:24 4 mart 2026
Tik-tokda yataq görüntülərini paylaşan ər-arvad - Sosial şəbəkələri əxlaqsızlıq yuvasına çevirənlər

Tik-tokda yataq görüntülərini paylaşan ər-arvad - Sosial şəbəkələri əxlaqsızlıq yuvasına çevirənlər

16:27 4 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər