Həmyerlimiz Berlin kinofestivalı proqramında

Həmyerlimiz Berlin kinofestivalı proqramında
15 fevral 2018
# 09:51

Fevralın 15-dən 25-dək Almaniyada 68-ci dəfə dünyanın ən nüfuzlu Berlin Beynəlxalq Film Festivalı keçiriləcək.

Azərbaycanlı kino mütəxəssisi Səmayə Əsgərova fevralın 17-dən başlayaraq festival çərçivəsində Almaniyada baş tutacaq “Berlinale Talents” beynəlxalq kino təhsili proqramına qəbul olunub. O, “Cinemazadeh” kinoşirkətinin dəstəyi ilə təhsil proqramının “Kino bazarı” kurslarında filmlərin peşəkar satışı və yayımı sahəsində təhsil alacaq 10 mütəxəssisdən biridir. Həmyerlimiz bu kurslarda intensiv təhsil üçün 133 ölkədən təqdim edilən 3100 ərizəçi arasından seçilib. Qeyd edək ki, kurslar bu sahə üzrə dünyanın ən qabaqcıl kino mütəxəssisləri tərəfindən aparılır.

Səmayə Əsgərova, həmçinin təmsil etdiyi ölkə üzrə film satışı və yayımı mövzusunda çıxış edəcək 3 iştirakçıdan biridir. Festival çərçivəsində keçirilən Avropa Film Marketində iştirak edəcək. /azertag.az/

# 2686 dəfə oxunub

Oxşar xəbərlər

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olundu

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olundu

18:30 23 sentyabr 2026
“27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edildi

“27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edildi

18:15 23 sentyabr 2026
Dünyanın ən yaxşı 100 şorbası məlum oldu

Dünyanın ən yaxşı 100 şorbası məlum oldu

18:00 23 sentyabr 2026
Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

17:30 23 sentyabr 2026
Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

17:00 23 sentyabr 2026
Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

16:30 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər