İradə Musayevanın imza günü keçiriləcək

İradə Musayevanın imza günü keçiriləcək
4 aprel 2017
# 11:04

Tənqidçi İradə Musayevanın “XXI əsrdən baxış: Ədəbi tənqid və bədii söz” kitabının təqdimat mərasimi və imza günü keçiriləcək. Kulis.azın məlumatına görə tədbir aprelin 6-ı, saat 15:00-da “Kitab Evim Az.” da baş tutacaq.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktor və ön sözünün müəllifi akademik Rafael Hüseynov, rəyçilər filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevadır.

Kitabda filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın əsasən son 3-4 ildə yazdığı məqalə və esseləri toplanıb.

Ədəbiyyatımızın və ədəbiyyatşünaslığın aktual problemlərindən bəhs edən tədqiqatlar, eyni zamanda dünya ədəbiyyatı nümunələrinin tənqid predmeti kimi analitik təhlilləri əks olunub. Kitab bir neçə fəsildən ibarətdir: Klassik Azərbaycan ədəbiyyatı; Dünya ədəbiyyatı; Poeziya; Çağdaş Azərbaycan nəsri və roman problemləri; Tərcümə problemləri; “Ədəbiyyatşünaslıq problemləri, ədəbi-estetik düşüncələr; Ədəbi mətbuat; Müsahibələr.

724 səhifədən ibarət kitabdan ali məktəblərin filologiya fakültələrində dərs vəsaiti kimi də istifadə etmək əhəmiyyətlidir.

# 2260 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər