Ad, soyad, təxəllüs və imic “oğruları”

Ad, soyad, təxəllüs və imic “oğruları”
22 sentyabr 2015
# 13:57

Belə də iş olar? Bir vaxtlar qəzetlərdən hansınısa açırdın ki, kriminal xəbər gedib: “Baba nəvəsini zorladı...” İmza yerinə baxırdın: Məhəmməd Füzuli. Bu, nə dərəcədə etikdir? Açırsan facebooku, yaxud hansısa saytı: Ömər Xəyyam belə elədi, Rüfət Əhmədzadə elə elədi, Natiq Səfərov sənə dostluq atdı və s.

Kulis məşhur ad və soyadlar daşıyan bir neçə şəxsin bu barədə fikirlərini təqdim edir.

Gənc yazar Ömər Xəyyam “Niyə Ömər Xəyyam?” sualına belə cavab verir: “Fərqli olmaq, hər kəsdən bir köynək seçilmək istəyi... Saqqal da, ad da məhz bu prinsiplərdən irəli gəlir. Əvvəl bohem həyat tərzi keçirirdim, zirzəmi kafelərdə gecələyərdim, bar piştaxtalarından salamlayırdım yeni günü. Onda Ömərim yox idi, eləcə Xəyyam idim. O kişinin adını ilk dəfə “Bəxt üzüyü” filmində eşitmişəm. Elə bilirdim o da mənim kimi biri olub. Sərxoş gecələrin adamı. Üç il əvvələ qədər elə bilirdim onun dediyi mey, ya rus arağıdır, ya da çəkilmə araq. Fikir verin, hər kəsin seçdiyi təxəllüs adın sonundadır, məndə isə əvvəlində.”

Ömər Xəyyam açıqlamasının sonunda adaşı kimi öyüd-nəsihətdən də qalmır: “Hər şeyi ciddiyə almayın, məncə. Adların heç bir mahiyyəti yoxdur. Ad sadəcə müraciət üçün vasitədir. Adı Əli olan o qədər əxlaqsız adam var ki...”

Şair-jurnalist Rüfət Əhmədzadənin adını elə məşhur satirik şairə görə qoyublar: “Anam ədəbiyyata bağlı insandır. Cəfər Cabbarlının yaradıcılığını çox sevib. Rüfət adına da deyəsən ilk dəfə orda rast gəlib. Həm də bu adı mərhum satirikimiz Rüfət Əhmədzadəyə görə çox istəyib və mənə verib. Təsadüfən soyadım da Əhmədov olub. Sonra “ov”u dəyişib “zadə” elədilər, iki-üç hərflik fərq də aradan qalxdı”

Rüfət Əhmədzadə əvvəllər Rüfət Səid imzasıyla çap olunub. İndi də ara-sıra bu imzayla şeirlər yazır. Amma jurnalist və yazar kimi daha çox Əhmədzadə olaraq tanınır.

Gənc kinossenarist Kamal Yaşar görkəmli türk yazıçısı Yaşar Kamalı təbii ki, yaxşı tanıyır. Bir neçə əsərini də oxuyub. Amma adının onun adı ilə assosiasiya olunmasının elə də fərqinə varmır: “Yaşar atamın adıdır, təxəllüs kimi götürmüşəm. Hər şey bu qədər sadədir.”

Facebookda hərdən rast gəlinən Natiq Səfərov isə fəhlədir. 42 yaşı var. Ədəbiyyatla maraqlanmır. Ona görə bu ad və soyadda məşhur tərcüməçinin varlığından da xəbərsizdir. Odur ki, sualımızı əvvəl lağ-lağı kimi qəbul etdi: “Yəqin zarafat edirsiniz...” Məcbur olub məşhur tərcüməçi Natiq Səfərovun viki-səhifəsinin linkini ona göndərdik. Tanışlıqdan sonra yalnız bunu yazdı: “Yerlimdir ki!”

Bu qədər...

Ömər Xəyyam demiş, adlar o qədər önəmli deyil...

Amma bir iş var ki, həm də çox önəmlidir.

# 2176 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

18:45 19 noyabr 2025
Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

17:45 19 noyabr 2025
ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

16:37 19 noyabr 2025
Xalq artisti Roza Cəlilova dəfn olundu

Xalq artisti Roza Cəlilova dəfn olundu

16:35 19 noyabr 2025
Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

15:46 19 noyabr 2025
Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

15:03 19 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər