Bu film rekord oldu

Bu film rekord oldu
29 aprel 2019
# 11:22

Marvel studiyasının istehsalı olan “Qisasçılar: final” filmi kassa gəlirlərinə görə dünya rekordu qırıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ilk günün prokatından film 156,7 milyon dollar toplayıb. Bununla o, ilk günün prokatından 119 milyon dollar toplamış “Ulduz müharibələri: Gücün oyanışı” filmini geridə qoyub.

“Qisasçılar: final” ilk həftə sonu kassadan dünya üzrə 1,2 milyard dollar toplayıb.

Filmin nümayişləri həm də müxtəlif hadisələrlə yadda qalıb. Belə ki, Honkkonqda filmin fanatları kinoteatrdan çıxan tamaşaçısını spoyler etdiyinə görə, əzişdiriblər. Kişi seansdan çıxıb filmin axırını danışanda, növbəti seansa bilet almaq üçün kassanın qarşısına tooplaşmış adamlar onu döyməyə başlayıb.

Digər bir hadisə isə Çində baş verib. 21 yaşlı tələbə qız “Qisasçılar: final” filminin nümayişində dayanmadan ağlayıb. Kinoteatrdan çıxanda sinə əzələlərində ağrı hiss edən qız huşunu itirib və təcili xəstəxanaya aparılıb. Tibbi yardımdan sonra tələbə yaxşılaşıb.

Qeyd edək ki, film paytaxtın kinoteatrlarında bu gündən nümayişə çıxarılıb.

# 3812 dəfə oxunub

Oxşar xəbərlər

"Məsuliyyətini daşıya biləcəyin fikrin adamı ol"  - Ahmet Hamdi Tanpınardan sitatlar

"Məsuliyyətini daşıya biləcəyin fikrin adamı ol" - Ahmet Hamdi Tanpınardan sitatlar

18:17 23 iyun 2026
"Həyat cəhənnəmdir, amma ölüm daha betərdir..." - Amerikalı şairdən aforizmlər

"Həyat cəhənnəmdir, amma ölüm daha betərdir..." - Amerikalı şairdən aforizmlər

17:30 23 iyun 2026
Parisdə məşhur qrupun konserti yarımçıq qaldı: Şəhərdə işıqlar söndü

Parisdə məşhur qrupun konserti yarımçıq qaldı: Şəhərdə işıqlar söndü

16:30 23 iyun 2026
Selin Diondan yeni fransızdilli mahnı

Selin Diondan yeni fransızdilli mahnı

16:10 23 iyun 2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada

15:15 23 iyun 2026
Tanınmış rejissorun 65 illiyi qeyd edildi

Tanınmış rejissorun 65 illiyi qeyd edildi

14:20 23 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər