İrəvan Teatrında qalmaqal: Tərəflər bir-birini sərt ittiham edir – Kimdir Günahkar?

İrəvan Teatrında qalmaqal: Tərəflər bir-birini sərt ittiham edir – Kimdir Günahkar?
30 iyul 2019
# 14:00

İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılova teatrın direktoru İftixar Piriyev haqda iddia irəli sürüb.

Nazirə şikayət müraciəti ünvanlayan aktrisa Kulis.az-a açıqlamasında bu iddia ilə direktoru məhkəməyə verəcəyini də söyləyib.

Hamilə olduğun üçün qastrollarda iştirak edə bilməyəcəyini deyən və bununla bağlı direktora müraciət edən aktrisa gözləmədiyi halda işdən azad olunub. Aktrisa bu yaşananlardan stress keçirdiyini və nəticədə hamiləliyinin pozulduğunu deyir:

"Mən belə məsələ ilə gündəmə gəlmək istəməzdim. Amma həqiqət budur: Hamilə olduğum üçün truppa müdirinə əvvəlcədən bildirdim ki, yay qastrollarının yalnız üçündə iştirak edə biləcəyəm. Çünki həkim icazə vermir. Buna baxmayaraq, qastrollarda iştirak etdim. Amma dördüncü qastrola gedə bilmədiyim üçün xəbərim olmadan direktorun qərarı ilə əmrimi verib, məni işdən çıxarıblar. Halbuki, onlara təqdim etmək üçün bülleten də almışdım. Haqq yerini tapanadək şikayət edəcəyəm. Bu, mənim ilk körpəm olacaqdı... Heç bir təzminat körpəmi qaytarmayacaq. Amma onu işindən azad etsinlər ki, bilsin, adamları belə incitmək olmaz. Əlimdə sənədlərim var, lazımi məqamda onları ortaya çıxaracağam".

Aktrisa vaxtilə işdən çıxarılan həmkarlarını müdafiə etdiyi üçün direktorun onunla ədavət apardığını düşünür: “Toyuma belə uşaqların gəlməsinə mane olmağa çalışırdı.”

Aktrisa Şəbnəm Cəbrayılova 2014-cü ildən İrəvan Teatrında aktrisa kimi çalışıb. Aktrisa aprel ayında ailə həyatı qurub.

Kulis.az məsələ ilə əlaqədar İrəvan Teatrının direktoru İftixar Piriyevlə əlaqə saxlayıb. Direktor iddialara cavab olaraq verdiyi açıqlamada bunların ona qarşı qaralama kampaniyası olduğunu söyləyib:

“Aktrisa iyulun 4-dən 19-dək işə çıxmadığına, eyni zamanda Şəki və Sabirabad, Cocuq Mərcanlıda təşkil olunan qastrollarda iştirak etmədiyinə görə 25 iyulda işdən azad edilib. Məndə olan məlumata görə, həmin vaxt aktrisa öz həyat yoldaşı ilə Əyləncə Mərkəzində animatorluq edib.”

İftixar Piriyev Şəbnəm Cəbrayılovanın hamiləliyinin pozulması ilə bağlı iddialarından da danışıb:

“Əgər doğrudan da belədisə, qoy bu barədə həkim sənədi təqdim etsin. Tamamilə yalan iddiadır! Bu, mənə qarşı çoxdan hazırlanmış qaralama kampaniyasının növbəti halqasıdır. Bu kampaniyada maraqlı olan mətbuat işçiləri də var. Onlarla bağlı özüm ölçü götürəcəyəm.”

# 5484 dəfə oxunub

Oxşar xəbərlər

Can Yaman narkotikə görə saxlanıldı

Can Yaman narkotikə görə saxlanıldı

11:49 10 yanvar 2026
Barat Vüsal:  "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

Barat Vüsal: "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

11:00 10 yanvar 2026
Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

18:21 9 yanvar 2026
"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

17:44 9 yanvar 2026
“Sarı gəlin” İranda erməni mahnısı kimi təqdim edildi - Agentlikdən münasibət

“Sarı gəlin” İranda erməni mahnısı kimi təqdim edildi - Agentlikdən münasibət

17:00 9 yanvar 2026
Teleradio Akademiyası treninqlərə start verir

Teleradio Akademiyası treninqlərə start verir

16:34 9 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər