“Xalq artisti Ramiz Zöhrabov” adlı kitab sərgisi açıldı

“Xalq artisti Ramiz Zöhrabov”  adlı kitab sərgisi açıldı
2 may 2024
# 10:11

Azərbaycan musiqişünaslıq elmində özünəməxsus yeri olan görkəmli alimlərimizdən biri, Azərbaycanın Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun anadan olmasının 85-ci ildönümü tamam olur. Bu münasibətlə Milli Kitabxanada "Xalq artisti Ramiz Zöhrabov" adlı geniş kitab sərgisi hazırlanıb.

Kulis/az x'b'r verir ki, sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, monoqrafiyaları, tərtibçi, “Ön söz”, elmi redaktor və rəy yazdığı, həyat və yaradıcılığına həsr olunmuş kitablar Azərbaycan və rus dillərində nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Ramiz Fərzulla oğlu Zöhrabov 2 may 1939-cu ildə Bakıda anadan olub. 1947–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbində, 1958–1960-cı illərdə Konservatoriyanın ifaçılıq fakültəsinin simli alətlər şöbəsində təhsil alan Ramiz Zöhrabov 1965-ci ildə Konservatoriyanı musiqişünaslıq ixtisası üzrə bitirib.

1983-cü ildə Moskvada, 1991-ci ildə Təbrizdə nəşr edilən “Azərbaycan təsnifləri”, “Azərbaycan zərbi-muğamları”, “Muğam”, “Bəstəkarlarımızın portreti”, “Rast muğam dəstgahının nəzəri əsasları”, “Çahargah” muğamının nəzəri əsasları” kitabları Azərbaycan musiqişünaslıq elminin diqqətəlayiq nümunələrindəndir. Professor Ramiz Zöhrabov həmçinin “Azərbaycan musiqi ədəbiyyatı”, “Şifahi ənənəli Azərbaycan professional musiqisi” adlı dərsliklərin də müəllifidir.

Musiqi yaradıcılığı ilə məşğul olan R.Zöhrabov xalq çalğı alətləri orkestri üçün “Bayram lövhələri”, “Uşaq səhnələri”, “Ərdəbil lövhələri” süitaları, instrumental pyeslərini yazıb. Müəllifin müxtəlif mahnıları məşhur müğənnilər, uşaq xoru və solistlər tərəfindən maraqla ifa olunub.

Musiqi mədəniyyətimizin öyrənilməsi və təbliğinə mühüm töhfələr verən sənətkar "Əməkdar incəsənət xadimi", "Xalq artisti" fəxri adlarına, “Şöhrət” ordeni və “Humay” milli mükafatına layiq görülüb.

# 252 dəfə oxunub

Oxşar xəbərlər

Ekoloji cəhətdən təmiz modaya dəstək müsabiqəsi keçirilib

Ekoloji cəhətdən təmiz modaya dəstək müsabiqəsi keçirilib

10:18 17 may 2024
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

09:49 17 may 2024
Nazirlikdə Xalq artisti ilə görüş keçirilib

Nazirlikdə Xalq artisti ilə görüş keçirilib

09:07 17 may 2024
Ramiz Mirişliyə həsr olunmuş konsert proqramı təşkil edilib

Ramiz Mirişliyə həsr olunmuş konsert proqramı təşkil edilib

09:00 17 may 2024
“Sən elə bir zirvəsən”  müsabiqəsinin yekun tədbiri keçirildi

“Sən elə bir zirvəsən” müsabiqəsinin yekun tədbiri keçirildi

18:40 16 may 2024
Türkiyə-Azərbaycan birgə layihəsi -  "Bir e Twining masalı"

Türkiyə-Azərbaycan birgə layihəsi - "Bir e Twining masalı"

18:00 16 may 2024
#
#
# # #