TikTok Azərbaycanın aparıcı muzeyləri ilə "Muzeylər gecəsi"nə start verir

TikTok Azərbaycanın aparıcı muzeyləri ilə "Muzeylər gecəsi"nə  start verir
16 may 2024
# 15:00

Mayın 18-də qeyd olunan Beynəlxalq Muzeylər Günü ərəfəsində qısametrajlı videolara baxmaq və yaratmaq üçün aparıcı platforma olan TikTok Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ölkənin əsas muzeyləri ilə birlikdə “Muzeylər gecəsi” layihəsinə başlayır.

Kulis.az xəbər verir ki, layihə TikTok istifadəçilərinə mədəniyyət dünyasını yeni tərəfdən kəşf etməyə kömək etmək, eləcə də muzeylərə yeni auditoriya cəlb etmək üçün nəzərdə tutulub. Təşəbbüsdə 10 muzey, o cümlədən Azərbaycan Milli Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi və digərləri iştirak edir.

TikTok təkcə əyləncə platformasına deyil, həm də Azərbaycanda və dünyanın hər yerindən istifadəçilərin ətraf aləm haqqında yeniliklər öyrənmək və üfüqlərini genişləndirmək üçün müraciət etdiyi məkana çevrilir. Beləliklə, məşhur qlobal həştəqlərdən biri #LearnOnTikTok oldu ki, dünyanın hər yerindən istifadəçilər artıq 34 milyondan çox maarifləndirici video yaradıblar. Məsələn, #Art ( “İncəsənət”) həştəqindən istifadə edərək yaradıcı xadimlər və rəssamlar öz əsərlərini paylaşırlar – incəsənət haqqında videoların sayı artıq 70 milyonu ötür. İspaniyada Prado Muzeyi, Versal Sarayı və Fransada Orsay Muzeyi, İtaliyada Uffizi Qalereyası, ABŞ-da Metropolitan İncəsənət Muzeyi daxil olmaqla dünyanın aparıcı muzeyləri platformada fəal şəkildə inkişaf edir. TikTok-da qısa videolar və canlı yayımlar formatında muzeylər izləyiciləri ən yaxşı eksponatlarla tanış edir, məşhur əsərlərin yaradılmasının sirlərini açır və maraqlı faktları paylaşır.

Bu il TikTok Azərbaycandakı geniş auditoriyası üçün mədəniyyət və incəsənət dünyasına bələdçi oldu. Belə ki, ilin əvvəlində platforma Azərbaycanın 6 muzeyinin qoşulduğu #TikTokdanÖyrən maarifləndirici təşəbbüsü irəli sürüb və layihə başladıqdan cəmi iki ay sonra onların videoları ümumilikdə 420 000-dən çox baxış toplayıb.

Bu gün TikTok “Muzeylər Gecəsi” kampaniyasına start verir, bu kampaniya çərçivəsində Azərbaycanın 10 aparıcı muzeyi mayın 17-dən 19-dək istifadəçilər üçün üç gün ərzində bir sıra canlı yayımlardan ibarət mədəni marafon keçirəcək. Azərbaycanın hər yerindən olan istifadəçilər virtual ekskursiyalara qoşula, sənət dünyasına qərq ola və doğma ölkələrindəki muzeylərin eksponatları ilə daha çox tanış ola biləcəklər.

Yayımlara muzeylərin hər birinin hesabında, həmçinin TikTok canlı yayım hesabında @tiktoklive_cis baxmaq olar.

“Muzeylər Gecəsi”nin canlı yayımlarının cədvəli:

17 may

18:00 - Səməd Vurğunun Ev Muzeyi @samadvurgunmuseum

19:00 - Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi @musicmuseum.az

20:00 - Azərbaycan Milli Xalça Muzeyi @nationalcarpetmuseum

18 may

17:00 - Üzeyir Hacıbəylinin ev-muzeyi @uzeyirhacibeyli_evmuzeyi

18:00 - Səttar Bəhlulzadənin ev-muzeyi @settar_behlulzade_muzey

19:00 - Azərbaycan Milli İncəsənət Muzeyi @natalartmuseum.az

20:00 - Bülbülün Xatirə Muzeyi @bulbulmuseum

19 may

18:00 - Nəriman Nərimanovun ev-muzeyi @neriman.nerimanov.muzey

19:00 - Azərbaycan İstiqlal Muzeyi @muzeyistiqlal

20:00 - Milli Azərbaycan Tarixi Muzeyi @nmuseumhistoryazerbaijan

TikTok-da “Muzeylər Gecəsi” çərçivəsində canlı yayımlara qoşulun və Azərbaycanın mədəni irsi ilə maraqlı səyahətə çıxın!

# 2195 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Elmira Şabanova vəfat etdi

Xalq artisti Elmira Şabanova vəfat etdi

18:59 25 noyabr 2026
Nik Keyv 40 il əvvəlki konsertin  itmiş görüntülərini yayımladı

Nik Keyv 40 il əvvəlki konsertin itmiş görüntülərini yayımladı

18:17 25 noyabr 2026
Məşhur rəssamın əsərləri açıq hava heykəl parkında təqdim olundu

Məşhur rəssamın əsərləri açıq hava heykəl parkında təqdim olundu

17:42 25 noyabr 2026
“Avengers: Doomsday” filminin treyleri rekord qırdı

“Avengers: Doomsday” filminin treyleri rekord qırdı

17:11 25 noyabr 2026
Ceyms Bondun avtomobili Türkiyədə nümayiş etdirilir

Ceyms Bondun avtomobili Türkiyədə nümayiş etdirilir

16:46 25 noyabr 2026
"Glastonbury 2027"nin ulduzları açıqlandı – 81 yaşlı Şer də səhnəyə çıxacaq

"Glastonbury 2027"nin ulduzları açıqlandı – 81 yaşlı Şer də səhnəyə çıxacaq

15:41 25 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər