"Qobustan" dərgisinin Poeziya əlavəsi işıq üzü gördü

"Qobustan"  dərgisinin Poeziya əlavəsi işıq üzü gördü
16 may 2024
# 17:35

Bu günlərdə "Qobustan" dərgisinin Poeziya əlavəsi – Türk şairi Furkan Çalışqanın "Mezzo Morte" adlı şeir kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitab "Qanun" nəşriyyatında çapdan çıxıb.

Müasir Türk modernist şairlərindən olan Furkan Çalışqan orijinal üslub və intonasiyaya malik qələm adamıdır. Onun şeirlərini Azərbaycan dilinə istedadlı şairə Aysel Xanlarqızı tərcümə edib. Aysel Xanlarqızı bu qədər fərqli düşünən şairi çevirməyin böyük məsuliyyət olduğunu qeyd edib:

"Mən Türkiyədə olanda Furkan bəyin özü ilə də şeirləri ətrafında müzakirələr etdik. O özü də etiraf etdi ki, əsərləri daha çox intellektual, hazırlıqlı oxucu üçündür. Amma bununla belə, hesab edirəm ki, çağdaş oxucu üçün bu şeirlər bir çox düşüncə və duyğuların tərcümanı, ifadəsi ola bilər".

Kitabın ön söz müəllifi, "Qobustan" dərgisinin baş redaktoru Pərvin isə bu əsərləri "Yeni əsrin şeirlər" adlandırıb: "Qəribə bir assosiativ ifadə tərzi var bu şeirlərdə. Mən özüm dönə-dönə oxudum və zövqlə yazdım haqqında. Ümumiyyətlə, dərgimizin əlavələrini çap etməyi çoxdan planlayırdıq. Bu, bir ilk oldu. Bildiyiniz kimi "Türkiyə özəl sayı»mız çapdan çıxdı və elə bu şeirləri də həmin nömrənin poeziya əlavəsi kimi oxucularımıza təqdim edirik. Gələcəkdə fərqli mövzularda belə əlavə kitablar çap etməyi düşünürük".

Qeyd edək ki, Furkan Çalışqan Türkiyənin nüfuzlu nəşriyyatlarından biri olan "Ketebe" yayın evinin baş redaktorudur və yaxın gələcəkdə onun Bakıda oxucularla görüşü nəzərdə tutulub.

# 2642 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər