UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyası İstanbulda keçiriləcək

UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyası İstanbulda keçiriləcək
17 avqust 2026
# 16:20

UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyası 2027-ci ildə Türkiyənin ev sahibliyi ilə İstanbulda keçiriləcək.

Kulis.az NTV-yə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy UNESCO Türkiyə Milli Komissiyasının sədri professor Öcal Oğuzla görüşərək hazırlıqları müzakirə edib.

Ersoy toplantının yalnız təşkilati tədbir deyil, həm də Türkiyənin zəngin mədəni irsinin dünyaya tanıdılması üçün mühüm fürsət kimi qiymətləndirilməsini istəyib.

İstanbulun mədəni irsi də proqramda xüsusi yer alacaq. Tədbir çərçivəsində açılış və bağlanış mərasimləri ilə yanaşı, muzey və tarixi məkanlara səfərlər, musiqi, opera və balet nümayişləri keçiriləcək.

Bundan əlavə, Dünya İrsi üzrə Gənc Peşəkarlar Forumu və Dünya İrsi Məkanlarının İdarəçiləri Forumunun da təşkili, Türkiyənin UNESCO Dünya İrsi Siyahısındakı məkanlarını tanıtmaq üçün xüsusi nəşrlərin və xəritələrin də hazırlanması nəzərdə tutulur.







# 615 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər