Ukrayna hökuməti Vudi Alleni qınadı - Rejissorun cavabı

Ukrayna hökuməti Vudi Alleni qınadı - Rejissorun cavabı
27 avqust 2025
# 10:17

Amerikalı rejissor Vudi Allen Moskva Beynəlxalq Film Həftəsində onlayn iştirak edib və rus kino sənayesini tərifləyərək, fürsət olarsa Rusiyada film çəkmək istədiyini bildirib.

Kulis.az xəbər verir ki, tədbir Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan rejissor Fyodor Bondarçukun moderatorluğu ilə keçirilib. Allen, təklif gələrsə, Moskvada və ya Sankt-Peterburqda çəkilə biləcək filmin ssenarisi üzərində düşünə biləcəyini deyib.

Onun bu çıxışı Ukrayna Xarici İşlər Nazirliyinin kəskin reaksiyasına səbəb olub. Nazirlik Vudi Allenin Rusiyanın “qanlı festivalında” iştirakını qınayaraq, bunun Rusiyanın Ukraynada törətdiyi vəhşilikləri görməməzlikdən gəlmək olduğunu bildirib. Qurumun bəyanatında deyilir: “Allen Ukraynada müharibə zamanı həlak olan və ya yaralanan aktyor və rejissorların xatirəsinə hörmətsizlik edib.”

Yaranan reaksiyalardan sonra Allen "Associated Press"ə verdiyi açıqlamada Rusiya Prezidenti Vladimir Putini qınayıb və Ukraynadakı müharibəni “dəhşətli” adlandırıb. Eyni zamanda o, “siyasi gərginliklərə baxmayaraq, mədəni dialoqların davam etməli olduğunu” bildirib.

Qeyd edək ki, Vudi Allenin son filmi “Coup de Chance” 2023-cü ildə 80-ci Venesiya Film Festivalında nümayiş olunub.

# 121 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyorlar yeni layihədə

Məşhur aktyorlar yeni layihədə

12:00 27 avqust 2025
“Çoxsaylı oyuncaqlarından biri deyiləm!..” - Patriarxat nə vaxt qadınlara “öz yerini” göstərməyə başladı?

“Çoxsaylı oyuncaqlarından biri deyiləm!..” - Patriarxat nə vaxt qadınlara “öz yerini” göstərməyə başladı?

12:00 27 avqust 2025
Satira və felyeton ustası - "Kirpi"nin unudulmaz baş redaktoru

Satira və felyeton ustası - "Kirpi"nin unudulmaz baş redaktoru

11:20 27 avqust 2025
Xalq rəssamı Əşrəf Heybətovun sərgisi açıldı

Xalq rəssamı Əşrəf Heybətovun sərgisi açıldı

11:15 27 avqust 2025
Tanınmış jurnalist  vəfat etdi

Tanınmış jurnalist vəfat etdi

11:00 27 avqust 2025
Ezoterik "Əshabi-Kəhf" sirləri - İtin bu hekayədə nə işi var?

Ezoterik "Əshabi-Kəhf" sirləri - İtin bu hekayədə nə işi var?

09:00 27 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər