Akademik Zemfira Səfərovanın təqdimatında: "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli"

Akademik Zemfira Səfərovanın təqdimatında:  "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli"
25 avqust 2025
# 16:20

Bu günlərdə akademik Zemfira Səfərovanın "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli" kitabı rus dilində işıq üzü görüb.

Kulis.az xəbər verir ki, böyük sənətkarın 140 illik yubileyinə həsr olunan bu kitab hələ sovet dövründə - 1973-cü ildə Moskvada dərc olunan “Üzeyir Hacıbəylinin musiqi-estetik görüşləri” monoqrafiyasının yenilənmiş nəşridir.

Həmin kitab dahi bəstəkarın irsinin araşdırılması və dünyada tanıdılması istiqamətində böyük elmi-mədəni məxəz hesab olunub.

Azərbaycan musiqişünaslığında Hacıbəylinin estetik nəzəriyyəsi ayrıca monoqrafiya kimi “Üzeyir Hacıbəylinin musiqi-estetik görüşləri” kitabında ilk dəfə bütöv halda təqdim edilmişdi. Həmin vaxt kitaba böyük bəstəkar Qara Qarayevin ön söz yazması isə sovet elmi-mədəni mühitində böyük maraqla qarşılanmışdı.

Qara Qarayev Üzeyir Hacıbəyli irsinin belə sanballı araşdırmalarla təqdim olunmasının mühümlüyünü qeyd edərək yazırdı: “Zemfira Səfərovanın xüsusi xidməti ondadır ki, o, bəstəkarın musiqi əsərlərinin təhlili ilə məhdudlaşmır, həm də onun elmi əsərlərinin və məruzələrinin, ədəbi əsərlərinin, məqalələrinin, felyetonlarının, müxtəlif müzakirələrdə çıxışlarının təhlilinə geniş yer ayırır. Onu da əlavə edək ki, müəllif müəyyən bir dövrün tarixi-ictimai şəraitini hərtərəfli tədqiq edir, Üzeyir Hacıbəylini Azərbaycan xalqının görkəmli mütərəqqi maarif xadimləri sırasında təqdim edir. Problemə bu cür çoxşaxəli yanaşma kitabın əsas müddəalarını dəqiq və inandırıcı edir”.

Qeyd edək ki, elmə gəldiyi gündən indiyədək təkcə Azərbaycanda dərc olunan kitabları ilə deyil, həm də dünyanın müxtəlif elmi konfrans və simpoziumlarında çıxışları, məruzələri ilə Üzeyir bəy irsini təhlil və təbliğ edən akademik Zemfira Səfərovanın sözügedən kitabı yeni nəsil elm və sənət camiəsinin böyük bəstəkarı, onun musiqi dünyamız üçün gördüyü misilsiz işləri anlamaq, öyrənmək yolunda mühüm elmi mənbədir.

# 1823 dəfə oxunub

Oxşar xəbərlər

“Fotoqrafiya sənəti” üzrə tədris proqramı - Azərbaycanda ilk dəfə

“Fotoqrafiya sənəti” üzrə tədris proqramı - Azərbaycanda ilk dəfə

18:00 1 sentyabr 2026
Möhsün Nağısoylunun yubileyinə həsr olunmuş kitab sərgisi açıldı

Möhsün Nağısoylunun yubileyinə həsr olunmuş kitab sərgisi açıldı

17:30 1 sentyabr 2026
Borçalı aşıqlarının sənət dünyası təqdim olunacaq

Borçalı aşıqlarının sənət dünyası təqdim olunacaq

17:00 1 sentyabr 2026
"Satın alınması mümkün olmayan qadınlar adama çox baha başa gəlir..." - Fransua Moriak

"Satın alınması mümkün olmayan qadınlar adama çox baha başa gəlir..." - Fransua Moriak

16:00 1 sentyabr 2026
Tanınmış modelyerin sərgisi ləğv edildi - Səbəb

Tanınmış modelyerin sərgisi ləğv edildi - Səbəb

15:40 1 sentyabr 2026
Kamal Abdullanın romanı Türkiyədə çap olundu

Kamal Abdullanın romanı Türkiyədə çap olundu

15:20 1 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər