Rəsul Rzanın əsərindəki qəhrəmanın adını daşıyan görkəmli aktrisa - O, kimin arzusu ilə səhnəyə çıxmışdı?

Rəsul Rzanın əsərindəki qəhrəmanın adını daşıyan görkəmli  aktrisa - O, kimin arzusu ilə səhnəyə çıxmışdı?
25 avqust 2025
# 15:00

25 avqust məşhur aktrisa, əməkdar artist Vəfa Fətullayevanın doğum günüdür.

Kulis.az bu münasibətlə aktrisanın həyatı, yaradıcılığı haqqında diqqətçəkən faktları və onun baş rolu ifa etdiyi "Firəngiz" filmindən fraqmenti təqdim edir.

Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda - tanınmış sənətkarlar olan Xalq artisti Hökümə Qurbanovanın və teatr xadimi, rəssam Nüsrət Fətullayevin ailəsində anadan olub. Deyilənə görə, anası Hökümə xanım qızına adı Xalq şairi Rəsul Rzanın “Vəfa” pyesində oynadığı baş qəhrəman obrazını son dərəcə bəyəndiyinə görə qoyub.

Uşaqlıqdan sənətə böyük marağı olan Vəfa 1953-cü ildə cəmi 8 yaşı olanda ilk dəfə səhnəyə çıxaraq, Ələsgər Şərifovun quruluşunda Uilyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırıb. Bu erkən uğur onun gələcək teatr həyatının başlanğıcı oldu.

1963-cü ildə Bakı Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olan Vəfa, 1968-ci ildə əla qiymətlərlə məzun olaraq sənət yoluna ciddi addımlar atdı. Həmin ildən etibarən 1970-ci ilə qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərən Vəfa Fətullayeva burada unudulmaz obrazlar yaratdı və tamaşaçıların rəğbətini qazandı.

Vəfa Fətullayeva 1963-cü ildə Zaur Nağıyev adlı idmançı ilə tanış olur. Zaur Nağıyev rəqqasə Tutuxanım Həmidovanın oğlu idi. Onlar 1968 ci ildə ailə həyatı qururlar, ancaq bu evlilik uzun sürmür. Bir il sonra ayrılırlar.

Vəfa Fətullayeva teatr səhnəsində yaratdığı dərin və bənzərsiz insan obrazları ilə tanınırdı. Onun ifasında Şirin ("Məhəbbət əfsanəsi"), Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəli şah"), Dildar ("İnsan"), Zeynəb ("Sizi deyib gəlmişəm") kimi klassik və müasir əsərlərin qəhrəmanları həm hissiyyatlı, həm də inandırıcı təsvir olunurdu.

Vəfa xanımın sənətinin zənginliyi və genişliyi onun Azərbaycanın teatr sənətində əvəzsiz mövqeyini təsdiqləyirdi.

Kino sahəsində də uğurlar qazanmış aktrisa "Firəngiz", "Göz həkimi", "Alov" kimi filmlərdə yaddaqalan rollar ifa edib. Onun aktyorluq bacarığı teatr və kinoda eyni dərəcədə yüksək qiymətləndirilib.

Vəfa Fətullayeva sənət yolunda qazandığı uğurlarına görə 1982-ci ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülüb, 1984-cü ildə isə Azərbaycan SSR Dövlət mükafatı ilə təltif olunub.

Vəfa Fətullayeva 1970-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Təəssüf ki, yaradıcılığının çiçəklənən dövründə xərçəng xəstəliyinə düçar olan əməkdar artist 1987-ci il may ayının 21-də vəfat edib.

# 1244 dəfə oxunub

Oxşar xəbərlər

Eldar Cahangirbəyov “Azərbaycan şairləri İranə Qasımova ilə”  layihəsinin qəhrəmanı oldu

Eldar Cahangirbəyov “Azərbaycan şairləri İranə Qasımova ilə” layihəsinin qəhrəmanı oldu

18:20 25 fevral 2026
Audiovizual Şura verilişlərlə bağlı şikayətlərə münasibət bildirdi

Audiovizual Şura verilişlərlə bağlı şikayətlərə münasibət bildirdi

18:15 25 fevral 2026
Toliklə Elgizin verilişi barədə cavabsız suallar - TV-lərin susqunluğuna replika

Toliklə Elgizin verilişi barədə cavabsız suallar - TV-lərin susqunluğuna replika

18:04 25 fevral 2026
Şakir Yaqubovun 75 illiyi qeyd olundu

Şakir Yaqubovun 75 illiyi qeyd olundu

17:20 25 fevral 2026
Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

17:00 25 fevral 2026
“Onlar bədəni, sinəsi hesabına “sənətkar” olanlardır” – Xalq artisti televiziyalardan danışdı

“Onlar bədəni, sinəsi hesabına “sənətkar” olanlardır” – Xalq artisti televiziyalardan danışdı

16:22 25 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər