Üç dəfə kliniki ölüm keçirdi, müəmmalı şəkildə bıçaqlandı, on yeddi yaşında ata oldu – Faiq Ağayevin hamıdan gizlətdiyi adam kim idi?

Faiq Ağayev

Faiq Ağayev

6 yanvar 2023
# 12:00

Kulis.az müğənni, Xalq artisti Faiq Ağayev haqqında maraqlı faktları təqdim edir.

Faiq Balağa oğlu Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olub. Ailəsi onun həkim olmasını istəyir. Faiq tibb sahəsinə yönəlir. Bu sahədə təhsil alır. Ancaq musiqi sahəsinə gələndən sonra o, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirir.

***

Peşəkar səhnəyə 1988-ci ildə gələn müğənni həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olur. Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanır.

Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlir.

***

Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır.

***

1995-ci ildə müğənninin "Ola bilməz" adlı ilk albomu çıxır. Bu albomdan sonra 1996-cı ildə çıxan "Səni əvəz eləmir", 1998-ci ildə çıxan "Vəfasızım", 2000-ci ildə buraxılan "Faiq Ağayev – Seçmələr", 2000-ci ildə çıxan "Minilliyin sonu…", 2004-cü ildə işıq üzü görən "Tam məxfi" və 2006-cı ildə dərc olunan "Faiq Agayev - Albom Kolleksiyası" albomları müğənninin diskoqrafiyasını davam etdirir.

1999-cu ildə isə "Dəşti" klipinə görə "İlin klipi" nominasiyasında "Humay" Milli Mükafatının sahibi olur. Həmçinin 1999-cu ildə o, "İlin müğənnisi" nominasiyasında "Grand" Milli Mükafatını qazanır.

***

2007-ci il 7-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olur.

***

2000-ci ildə Əməkdar artist, 2008-ci ilin 17 sentyabr tarixində isə Xalq artisti fəxri adına layiq görülüb.

Böyük sevgilər yaşadığını deyən sənətçi bir dəfə evli olub. O, 18 il əvvəl Nigar adlı xanımla ailə qurub. Ömrü 4 il çəkən bu evlilik başa çatandan sonra müğənni ikinci dəfə ailə qurmayıb. Bu barədə ona sual veriləndə, - "50 yaşım var, bundan sonra nə evlilik?" deyib.

Faiq Ağayev mütaliə edən tək-tük sənət adamlarındandır. Ədəbiyyat adamları ilə də yaxın ünsiyyətdə olan müğənni müsahibələrinin birində yeddinci sinifdə oxuyan zaman Freydin, Yunqun kitablarını oxuduğunu bildirib.

***

Xalq artisti düz 12 il əvvəl Rüfət adlı şəxs tərəfindən bıçaqlanıb. Bu barədə 2018-ci ildə mətbuata danışan müğənni bu fikirləri ifadə edib:

“Bu yaxınlarda onu gördüm... Prokurorun istəyi 15 il idi. Mən və mənimlə bərabər zərərçəkən insanlar onu bağışladı. Bu səbəbdən həmin şəxsin cəzaçəkmə müəssisəsində keçirdiyi vaxt qısa oldu. Bir dəfə bağışlamışam, ikinci dəfə niyə bunu edim? Lakin Rüfət Məlikovla bağlı ikinci bir şəxs var idi ki, onu bu yaxınlarda gördüm. İştirak etdiyim şou proqramın birində mənə yaxınlaşdı, söhbət etdi. 9 il keçib, əvvəlcə tanımadım. Özünü mənə tanıtdı və münasibətim normal oldu. Bu mənim həyatımda olmuş bir səhifədir, cırıb atmamışam. Amma bu səhifə üzərində yaşamıram".

***

Faiq Ağayev “Səni əvəz eləmir”, “Dönmə geri”, “Dəşti”, “Ömür bumu”, “Bağışlaram səni”, “Azərbaycan”, “Aldatdın məni”, “Sən gəlməz oldun”, “Əlvida” mahnıları ilə böyük məşhurluq qazanıb.

***

Müğənni ilə bağlı ən inanılmaz faktlardan biri onun üç dəfə kliniki ölüm keçirməsi olub. Kliniki ölümlərin birində Faiq komaya düşür, ayılanda isə həkim ona deyir ki, sən ölmüşdün, dirildin.

2014-cü ildə Faiq Ağayev mətbuata sensasion açıqlama verir. Bu açıqlamada o, 25 yaşlı oğlunun olduğunu bildirərək vurğulayır:

“Sən saat 04:05-də dünyaya gəldin. Mən heç nə anlamırdım. Cəmi 17 yaşım var idi. Başa düşdüyüm odur ki, anidən beş dəqiqəlik yağış yağdı. Bu gün isə başqadır. Mənim cəsur, gözəl, istedadlı oğlum, 25 yaşın mübarək. Sən yaxınsan, mən uzaq”.

# 45625 dəfə oxunub

Oxşar xəbərlər

"Bu hücumlar İrandan idarə olunan qruplar vasitəsilə həyata keçirilir" - "Saxta tiraj" qalmaqalında kim haqlıdır?

"Bu hücumlar İrandan idarə olunan qruplar vasitəsilə həyata keçirilir" - "Saxta tiraj" qalmaqalında kim haqlıdır?

14:05 19 noyabr 2025
Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib

Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib

13:54 19 noyabr 2025
Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

13:45 19 noyabr 2025
“Azərbaycan ədəbiyyatşünaslığı”  jurnalının builki ilk sayı nəşr olundu

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının builki ilk sayı nəşr olundu

13:18 19 noyabr 2025
Naməlumu məlum etmək üçün ilk məlumun nədir? - Ağalar Qutla müsahibə

Naməlumu məlum etmək üçün ilk məlumun nədir? - Ağalar Qutla müsahibə

12:51 19 noyabr 2025
Fantast yazıçı: "Yazıçıların üslubları brend kimi hüquqi şəkildə qorunmalıdır"

Fantast yazıçı: "Yazıçıların üslubları brend kimi hüquqi şəkildə qorunmalıdır"

12:30 19 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər