Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olundu

Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olundu
19 dekabr 2024
# 11:19

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kütləvi kitabxanalarda tətbiq edilən Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə işin təkmilləşdirilməsi məqsədilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Texniki Xidmətlər şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karaca Milli Kitabxanaya dəvət olunub.

Kulis.az xəbər verir ki, bu məqsədlə təşkil edilən tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov bildirib ki, Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin region kitabxanalarında tətbiqi artıq iki ildir həyata keçirilir və bu, kitabxanalara əlaqəli şəkildə işləmək imkanı yaradır. O qeyd edib ki, Türkiyədən dəvət edilən mütəxəssislərlə təcrübi xarakter daşıyacaq təlimdə məqsəd qarşıya çıxan problemlərin birgə həllidir. O, təlimdə iştirak edən əməkdaşları mütəxəssislərin təcrübələrindən yararlanmağa dəvət edib.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin sektor müdiri Xəyal Məmmədov bu sistemin dünyanın 100-dən artıq ölkəsində tətbiq edildiyini deyib. O, nazirliyin tabeliyindəki kütləvi kitabxanalarda bu sistemin tətbiqi istiqamətində görülən işlərdən danışıb.

Qeyd olunub ki, Azərbaycan Milli Kitabxanasının Treninq Mərkəzində keçirilən təlimdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov, Xətai, Səbail, Yasamal, Qaradağ, Binəqədi, Xəzər, Nəsimi, Suraxanı, Nizami, Sabunçu rayon mərkəzləşdirilmiş kitabxana Sistemləri və M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasından əməkdaşlar iştirak ediblər.

Növbəti təlimlər dekabrın 19-da Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gəncə şəhər, Naftalan, Daşkəsən, Goranboy, Göygöl, Samux rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları üçün Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında, dekabrın 20-də isə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları üçün Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında keçiriləcək.

Dekabrın 21-də isə mütəxəssislər Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və F.Köçərli adına Respublika Uşaq Kitabxanasında sistemin iş vəziyyəti ilə tanış olacaq, tövsiyələrini verəcəklər.

# 1733 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər