“TRT İstanbul” radiosunda "Məhəmməd Füzuli" proqramı

“TRT İstanbul” radiosunda "Məhəmməd Füzuli" proqramı
23 dekabr 2024
# 16:00

Türkiyənin “TRT İstanbul” radiosunun “TRT TÜRKÜ” kanalında yayımlanan “Azərbaycan rüzgarı” verilişinin proqramı bu həftə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilib.

Kulis.az xəbər verir ki, proqram Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən reallaşıb.

“Azərbaycan rüzgarı”nın bu buraxılışında Füzuli poeziyası, onun türk mədəniyyəti, dili və ədəbiyyatına təsiri və əsərləri barədə danışdıq, dahi şairlə bağlı dinləyicilərə geniş məlumat verməyə çalışdıq. Proqramda şairin qəzəlləri, eləcə də təkcə Azərbaycanın deyil, dünya ədəbiyyatının nadir incilərindən olan “Leyli və Məcnun” əsəri Azərbaycanın Xalq artistlərinin ifalarında səsləndirildi. Ümumiyyətlə, verilişimizin əsas hədəflərindən biri də Türkiyə dinləyicilərinə Türk dünyasının ortaq dəyərləri olan Azərbaycan ədiblərini daha yaxından tanıtmaqdır. Məhəmməd Füzuli isə bizim əbədiyaşar dahi insanlarımızdandır və onun irsini davam etdirmək bir çoxunun ən böyük arzusudur”, - deyə Səidə Ömər bildirib.

# 2591 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər