Tolstoyu ağladan, Çexovun kitab həsr etdiyi bəstəkar - Onun hansı əsəri dünya balet sənətinin simvolu sayılır?

Tolstoyu ağladan, Çexovun kitab həsr etdiyi bəstəkar -  Onun hansı əsəri dünya balet sənətinin simvolu sayılır?
6 noyabr 2025
# 10:40

6 noyabr XIX əsrin görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin anım günüdür.

Kulis.az bu münasibətlə sənətkarın həyatı və fəaliyyəti haqqında maraqlı faktları təqdim edir.

Hətta klassik musiqinin pərəstişkarı olmayan insanlar belə Pyotr İliç Çaykovskinin adını eşidiblər. Bu istedadlı bəstəkar musiqini heç kimin duya bilmədiyi qədər dərin hiss edirdi. Onun əsərləri bu gün də dünyanın müxtəlif səhnələrində səslənir. Elə bir ciddi musiqi məktəbi və ya konservatoriya tapmaq çətindir ki, orada Çaykovskinin yaratdığı melodiyalar səslənməsin.


Konservatoriyada təhsil almamışdan əvvəl gənc Çaykovski bir neçə il Rusiya Ədliyyə Nazirliyində məmur kimi çalışıb.

Görünür, onun musiqiyə marağını valideynləri formalaşdırmışdı. Anası fortepianoda çalır və oxumağı sevirdi, atası isə sadəcə böyük bir musiqi həvəskarı idi – hətta evinə mexaniki orqan da almışdı.

Pyotr cəmi dörd yaşında olarkən musiqiyə maraq göstərməyə başlamışdı.

Dahi bəstəkar öz səsini “cırıltılı və xoşagəlməz” adlandıraraq onu bəyənmirdi və çox vaxt mahnı oxumaqdan çəkinirdi.

Çaykovskinin ən məşhur əsəri sayılan “Qu gölü” baleti ilk vaxtlar tamaşaçılar tərəfindən o qədər də isti qarşılanmamışdı.

Musiqinin mürəkkəb quruluşu həm ifaçılar, həm də dinləyicilər üçün çətinlik yaradırdı. Lakin zaman keçdikcə bu əsər dünya balet sənətinin simvoluna çevrildi.

Çaykovski çox təvazökar idi və tez-tez özünü “pis pianoçu” adlandırırdı, baxmayaraq ki, onun yaradıcılığı piano musiqisinin inkişafına böyük təsir göstərmişdi.

1885-ci ildə Moskva yaxınlığındakı Klin şəhərində güclü yanğınlar baş verdi. Həmin dövrdə orada yaşayan bəstəkar alovla mübarizədə yerli sakinlərlə birlikdə fəal iştirak etmişdi.

Çaykovskinin konservatoriyada tanış olduğu tələbə Antonina Milyukova ilə evliliyi cəmi bir neçə həftə davam etdi. Bu münasibət bəstəkar üçün psixoloji cəhətdən ağır bir dövr oldu.

Bir dəfə Lev Tolstoy konservatoriyada Çaykovskinin musiqisini dinləyərkən kövrəlib ağlamışdı. Bəstəkar bu anı öz istedadına verilən ən böyük qiymət hesab edirdi.

Gənc yaşlarında Çaykovski Venesiya kitabxanalarından birindən kitab oğurlamışdı.

Bəstəkar yaratdığı on operadan ikisini özü məhv edib. “Undina” adlı operadan heç nə qalmayıb, “Voevoda”dan isə yalnız kiçik bir fraqment günümüzə qədər gəlib çatıb.

Məşhur yazıçı Anton Çexov “Qəmgin insanlar” adlı hekayələr toplusunu Çaykovskiyə həsr etmişdi.

1891-ci ildə Çaykovski ABŞ-da məşhur “Carnegie Hall”un açılış mərasimində iştirak etmişdi.

Bir neçə il ərzində o, öz adını gizlədərək müxtəlif rus qəzetlərində musiqi resenziyası yazmaqla məşğul olub.

Çaykovski deyirdi ki, öz vətəninə sevgi bəsləməyən həmvətənlərini nə sevir, nə də hörmət edir.

Pyotr Çaykovski yalnız böyük bir bəstəkar deyil, həm də dərin hisslər dünyasına malik, həssas və vətənpərvər bir insan idi.

Onun musiqisi zamanın sınağından çıxaraq bu gün də milyonlarla insanın ruhuna nüfuz edir.

# 1329 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər