Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başladı

Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başladı
8 sentyabr 2026
# 17:40

Şuşa Dövlət Musiqili Dram Teatrında 153-cü teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin ümumi iclası keçirilib.

Kulis.az xəbər verir ki, iclasda ‎çıxış edən Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru vəzifəsini icra edən Əməkdar artist Azad Məmmədov ötən mövsüm ərzində teatrın kollektivinin gördüyü işlərdən danışıb, yaradıcı heyətin fəaliyyətini yüksək qiymətləndirib.

O qeyd edib ki, qarşıdakı dövrdə repertuarın zənginləşdirilməsi, tamaşaların bədii və peşəkar səviyyəsinin yüksəldilməsi, yaradıcı heyətin potensialından səmərəli istifadə olunması və tamaşaçı auditoriyasının genişləndirilməsi istiqamətində mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulub.

Kollektivin üzvləri teatrın qarşısında duran əsas vəzifələr, yeni mövsümdə həyata keçirilməsi nəzərdə tutulan yaradıcılıq layihələri, fəaliyyət istiqamətləri və teatr sənətinin inkişafına töhfə verəcək yeni təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparıb.

‎ Şuşa Dövlət Musiqili Dram Teatrı yeni mövsümü sentyabrın 12-də Mixail Bulqakovun "Ağıldankəm Jurden" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi ilə açacaq.

# 460 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisadan Qəzza paylaşımı

Məşhur aktrisadan Qəzza paylaşımı

18:00 6 oktyabr 2026
Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

17:30 6 oktyabr 2026
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

16:30 6 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

16:24 6 oktyabr 2026
Tanınmış bəstəkar vəfat etdi

Tanınmış bəstəkar vəfat etdi

14:30 6 oktyabr 2026
Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

14:27 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər