"Məhsəti" filminin rejissoru: "Hər kəsdən üzr istəyirəm..."

"Məhsəti" filminin rejissoru:  "Hər kəsdən üzr istəyirəm..."
17 dekabr 2025
# 16:00

“Qısametrajlı filmimlə bağlı son paylaşımım heç vaxt tənqid məqsədi daşımayıb, sadəcə emosional, şəxsi bir düşüncə idi”.

Kulis.az xəbər verir ki, bu sözləri rejissor və ssenari müəllifi Suad Qarayeva qalmaqallı “Məhsəti” filmi ilə bağlı instaqram hesabında etdiyi açıqlamasında bildirib.

O, filmə görə hər kəsdən üzr istəyib: “Azərbaycanın bir vətəndaşı olaraq, ölkəmə, xalqımıza və bizim mədəni dəyərlərimizə hər zaman böyük hörmət və dərin bağlılıqla yanaşmışam. Sözlərimin niyyətimdən fərqli şəkildə başa düşülməsindən səmimi qəlbdən təəssüf edirəm və bundan təsirlənmiş və ya incimiş ola biləcək hər kəsdən üzr istəyirəm.

Dəyərlərimə, ölkəmə, xalqımıza və mədəniyyətimizə olan sarsılmaz bağlılığım hər zaman mənimlədir”.

Suad Qarayeva bundan əvvəl instaqram hesabında paylaşım edərək bildirmişdi ki, onun tərəfindən hazırlanan “Məhsəti” filmi Mədəniyyət Nazirliyinin Film Şurası lisenziya vermədiyi üçün Bakı Film Festivalının proqramından çıxarılıb. Şura filmin mənəvi dəyərlərə uyğun olmadığını əsas göstərib.

Qeyd edək ki, sözügedən filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunub, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilib, görkəmli şairə gəzəyən əxlaqsız qadın kimi təqdim edilib.

# 260 dəfə oxunub

Oxşar xəbərlər

Yusif Eyvazov "Aida"  operasında çıxış edəcək

Yusif Eyvazov "Aida" operasında çıxış edəcək

13:04 17 dekabr 2025
Ceyms Kemeron “Forbes” tərəfindən milyarder elan edildi

Ceyms Kemeron “Forbes” tərəfindən milyarder elan edildi

13:00 17 dekabr 2025
Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldı?

Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldı?

12:42 17 dekabr 2025
Tanınmış qiraətçi  vəfat etdi

Tanınmış qiraətçi vəfat etdi

12:35 17 dekabr 2025
ARKA gələn il 4 müsabiqə keçirəcək

ARKA gələn il 4 müsabiqə keçirəcək

12:31 17 dekabr 2025
Milyonlar necə qazanılır? - Stiv Cobsun heç vaxt üzr istəməməsinin fəlsəfəsi

Milyonlar necə qazanılır? - Stiv Cobsun heç vaxt üzr istəməməsinin fəlsəfəsi

12:25 17 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər