“Sony Pictures”dən kinematoqrafçılar üçün unikal imkan

“Sony Pictures”dən kinematoqrafçılar üçün unikal imkan
18 sentyabr 2025
# 12:50

“Sony – Gələcəyin Kinematoqrafçısı Mükafatları” (Sony Future Filmmaker Awards) yaradıcı şəxslər və kinematoqrafçılar üçün unikal imkanlar təqdim edir.

Kulis.az xəbər verir ki, qısa siyahıya düşənlər Kaliforniya, Kalver-Sitidə (Culver City) yerləşən “Sony Pictures” studiyasına dəvət olunurlar.

Onlar burada mükafatlandırma mərasiminə və xüsusi olaraq hazırlanmış sənaye üzrə təcrübə proqramında iştiraka dəvət edilirlər.

Bu proqram çərçivəsində “Sony Pictures” rəhbərlərinin keçirdiyi eksklüziv seminarlar, ustad dərsləri, panel müzakirələri, studiya turları, film nümayişləri və sual-cavab sessiyaları təşkil olunur.

Mükafatlar 5 kateqoriyada (bədii, qeyri – bədii, tələbə işi, animasiya və gələcəyin formatı) verilir. Təqdim olunacaq filmlərin xronometrajı 5 – 20 dəqiqə aralığında olmalıdır.

Müraciət üçün son tarix dekabrın 16-dəkdir.

Daha ətraflı məlumat üçün rəsmi elan – https://www.sonyfuturefilmmakerawards.com/

# 1421 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər