"Sizcə, mən neçə dəfə eyni hekayəylə aldanmışam?" - Çinarə Ömray

"Sizcə, mən neçə dəfə eyni hekayəylə aldanmışam?" -  Çinarə Ömray
21 fevral 2026
# 11:50

Kulis.az Çinarə Ömrayın yazısını təqdim edir.

Deməli, Sumqayıtda yeni “oyun” tapıblar… Yolda, avtobusda, küçənin ortasında bir oğlan uşağı yaxınlaşır. Səsi titrək, baxışları yazıq-yazıq:

“Zəhmət olmasa, anama zəng edim? Yolu səhv gəlmişəm…”

Sən də insansan axı. Ürəyin var. Düşünürsən ki, bəlkə doğrudan da çaşıb. Telefonu verirsən. Zəng edir, danışır, qaytarır. Və sən öz içində bir rahatlıq tapırsan “yaxşı ki, kömək elədim”.

Bir dəqiqə keçməmiş telefonuna zəng gəlir. Guya anasıdı. Səsi həyəcanlı: “Uşaq azıb, üstündə pul yoxdu, ağlayır… 5 manat verin, kartınıza atım…”

Və sən o an iki hiss arasında qalırsan: şübhə və mərhəmət.

Ən ağırı bilirsiniz nədir? O 5 manat deyil. Ən ağırı odur ki, bir gün həqiqətən yolu azmış bir uşaq yaxınlaşanda sən tərəddüd edəcəksən.

Bir gün doğrudan da kiminsə anası çarəsiz zəng edəndə sən “bəlkə yenə oyundur” deyə düşünəcəksən.

İnsanın içindəki inamı belə-belə öldürürlər. Mərhəməti xırda məbləğlərə dəyişirlər.

Yardım etmək istəyini şübhə ilə zəhərləyirlər. Sonra da deyirlər ki, niyə insanlar laqeyddir?

Niyə yolda yıxılana hamı baxıb keçir? Çünki hər saxta göz yaşı, hər qurama hekayə bir az da bizi sərtləşdirir.

Və bəlkə də ən böyük oğurluq pulun yox, insanlığın oğurlanmasıdır…

Sizcə, mən neçə dəfə eyni yerdə eyni uşağa eyni hekayəylə aldanmışam?

# 1134 dəfə oxunub

Oxşar xəbərlər

"Netflix"dən yeni layihə - Ortuelya faciəsi haqqında

"Netflix"dən yeni layihə - Ortuelya faciəsi haqqında

10:40 8 oktyabr 2026
"Cyrille Gassiline"  brendinin təsisçisi vəfat etdi

"Cyrille Gassiline" brendinin təsisçisi vəfat etdi

10:20 8 oktyabr 2026
Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

18:30 7 oktyabr 2026
80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

16:30 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər