Seyid Əzim - 190 - Sərəncam

Seyid Əzim - 190 - Sərəncam
4 aprel 2025
# 11:45

Böyük söz ustası Seyid Əzim Şirvaninin 190 illiyi qeyd ediləcək.

Kulis.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

"Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirmiş, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirmişdir. Seyid Əzim Şirvani cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda qabaqcıl ziyalıların apardığı mübarizənin daim ön sıralarında dayanmışdır. Onun xalqa xidmət naminə öz maarifçi düşüncələrini gerçəkləşdirmək arzusu ilə ana dilində açdığı yeni üsullu məktəb Azərbaycan təhsili tarixində dərin iz qoymuşdur".

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyük Azərbaycan şairi Seyid Əzim Şirvaninin 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 ili tamam olur.

# 1763 dəfə oxunub

Oxşar xəbərlər

Ortaq türk dilinə gedən yol, tərcüməçisiz ünsiyyət: Nadir Yalçının şərhində - Video

Ortaq türk dilinə gedən yol, tərcüməçisiz ünsiyyət: Nadir Yalçının şərhində - Video

16:10 24 avqust 2026
Niderland "Avroviziya"da iştirak etməyəcək

Niderland "Avroviziya"da iştirak etməyəcək

15:20 24 avqust 2026
Məşhur aktrisanın ölümü etirazlara səbəb oldu

Məşhur aktrisanın ölümü etirazlara səbəb oldu

14:50 24 avqust 2026
Macar rəssamın sərgisi açıldı – “İşığın səssizliyi”

Macar rəssamın sərgisi açıldı – “İşığın səssizliyi”

14:00 24 avqust 2026
17 yaşında intihar edən ingilis şair - Saxtakar yoxsa gənc dahi?

17 yaşında intihar edən ingilis şair - Saxtakar yoxsa gənc dahi?

13:30 24 avqust 2026
Sülhün mənası - Paulo Koelyonun pritçası

Sülhün mənası - Paulo Koelyonun pritçası

12:20 24 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər