Sevgi uğrunda kimisə öldürmək olarmı? - Ulucay Akif

Sevgi uğrunda kimisə öldürmək olarmı? - Ulucay Akif
26 iyun 2024
# 22:53

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Bu gün, elə bu saatlarda, Bakıda, eyni qızı sevən iki oğlanın mübahisəsi düşüb, biri o birisini güllələyərək öldürüb.

Mübahisənin düşmə səbəbi çox gözəldir: sevgi!

İki gənc oğlanın bir qızı sevdikləri üçün mübahisə etməyi, ən azından, mənə görə gözəldir.

Demək ki, bu iki gəncin sevə bilən ürəyi var imiş.

Demək ki, bu iki gənc qəlblərində sevgi olduğu üçün adamlara yaxşılıq edə bilərmiş.

Demək ki, bu iki gənc o duyğunun verdiyi enerjiylə gözəl nələrsə yarada bilərmiş, əziyyətə qatlanarmış, gözəl ata olarmış.

Amma olmadı.

Kimisə qınamaqdan, kimdəsə günah axtarmaqdan keçib. Yazmaqla nəyisə düzəltmək ehtimalı varmı, bilmirəm.

Tətik çəkiləndən sonra deyiləcək sözlərin hamısı eyni dərəcədə gücsüzdür.

Sevgi uğrunda kimisə öldürmək olarmı?

Axı sevgi heç vaxt bizdən belə şey tələb eləməz.

Sevgi heç vaxt kiminsə barmağının tətiyə, bıçağa, intihar ipinə getməyini əmr etməz və istəməz.

Amma...

Reallıq odur ki, indi Bakının mərkəzində güllələnmiş bir gəncin yerə tökülmüş qanı hələ soyumayıb. O birinin biləklərinə isə qandal vurulub çoxdan.

Və həqiqət odur ki, iki dəliqanlı oğlan tərəfindən sevilən həmin o qız onların heç birinin həyat yoldaşı olmayacaq.

# 1146 dəfə oxunub

Oxşar xəbərlər

Dilimizin anasını ağladan Şahbaz Xuduoğlu özünə necə haqq qazandırır?

Dilimizin anasını ağladan Şahbaz Xuduoğlu özünə necə haqq qazandırır?

15:23 29 iyun 2024
“Bağçada rahat yer”  musiqili tamaşası III Bakı Piano Festivalında

“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalında

15:00 29 iyun 2024
"Balaca şahzadə"nin müəllifini kim öldürmüşdü? - Məşhur yazıçı haqqında bilmədiklərimiz

"Balaca şahzadə"nin müəllifini kim öldürmüşdü? - Məşhur yazıçı haqqında bilmədiklərimiz

13:02 29 iyun 2024
"Obrozovonski" görünmək istəyənlər dilimizi necə öldürür?

"Obrozovonski" görünmək istəyənlər dilimizi necə öldürür?

12:38 29 iyun 2024
“Çingiz Əlioğlu - 80”  adlı kitab sərgisi açıldı

“Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açıldı

11:49 29 iyun 2024
Məşhur müğənninin ölüm səbəbi açıqlandı

Məşhur müğənninin ölüm səbəbi açıqlandı

10:21 29 iyun 2024
#
#
# # #