Səmərqənddə Qənirə Paşayevanın imza günü keçirildi

Səmərqənddə Qənirə Paşayevanın imza günü keçirildi
29 oktyabr 2022
# 11:00

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın müəllifi, həmmüəllifi, layihə rəhbəri olduğu bir neçə yeni kitabın Özbəkistanda imza mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, imza mərasimi Səmərqənd şəhərində baş tutub. Qədim mədəniyyət, ədəbiyyat, sənət və irfan ocağı Səmərqənd şəhərində kitablarının təqdimat və imza mərasiminin keçirilməsini onun üçün əlamətdar hadisə adlandıran Komitə sədri, təqdim olunan kitabların məziyyətlərindən danışıb, onların bir yerdə, Azərbaycanın mədəni irsi, klassiklərimizin yaradıcılığı və ölkəmizin həqiqətləri haqqında etibarlı məlumatlarla səciyyələndiyini bildirib: “Tədbirin “Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində, Azərbaycanın və Özbəkistanın dəyərli aydınları, ictimai fəallar və özəlliklə gənclərin iştirakı ilə keçirilməsi çox xoşdur. Ümidvaram ki, bu gün sizə təqdim olunan kitablar qardaş Özbəkistanın qədirbilən oxucuları üçün maraqlı olacaq. Bu tədbir mənim üçün də unudulmaz olacaq, bu günü həmişə xoş duyğularla xatırlayacaq və yenidən sizlərlə görüşməyi arzulayacağam”.

Sözünə davam edən Q.Paşayeva deyib: “Mən minnətdarlıqla vurğulamaq istərdim ki, qardaş özbək xalqı və dövləti bizim haqlı mövqeyimizi həmişə müdafiə edib. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi vaxtı bunun bir daha şahidi oldu. Qoy, bugünkü təqdimat və imza mərasimi yeni əməkdaşlıqların qurulmasına səbəb olsun. Bu gün burada olduğunuz üçün imza mərasiminə gəldiyiniz üçün hər birinizə könül dolusu təşəkkür edirəm. Çox sağ olun!”

Sonra Q.Paşayeva həmmüəllifi, müəllifi, layihə rəhbəri olduğu kitabları oxucular üçün imzalayıb, ürək sözlərini yazıb, onlarla xatirə şəkli çəkdirib.

# 3682 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər