Sarı Aşığın “Gül dəftəri” kitabı dördüncü dəfə nəşr olundu

Sarı Aşığın “Gül dəftəri” kitabı dördüncü dəfə nəşr olundu
23 iyun 2026
# 11:30

Şair-publisist, araşdırmaçı İlham Qəhrəmanın tərtib etdiyi Sarı Aşığın “Gül dəftəri” kitabı dördüncü dəfə nəşr olunub.

Kulis.az xəbər verir ki, AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə işıq üzü görən təkmilləşdirilmiş nəşrdə Sarı Aşığa məxsus müxtəlif mənbələrdən götürülmüş bayatılar, qoşmalar, təcnislər, bayatı-tapmacalar və bağlamalar yer alıb.

Kitabın sonunda çətin sözlər üçün “Sözlük”, coğrafi adlar üçün izah verilmişdir. Topludakı bayatılar köhnə ənənə üzrə birinci misranın son hərfinə uyğun olaraq əlifba sırasıyla düzülmüşdür. Cinas bayatı ustadının 288 səhifədə 500 (beş yüz) sayda dərc olunan nəşri İlham Qəhrəmanın “Ürək qoyulan kitab” adlı geniş “Ön söz”üylə açılır. Eyni zamanda “Salman Mümtazın xatirəsinə” xüsusi qeydi də tərtibçinin sələf olaraq xələflərə ehtiramının ifadəsi kimi diqqət çəkir.

Ümumi tirajın bir hissəsi Şərqi və Qərbi Zəngəzur icmaları arasında paylanacaq.

Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, korrektoru filoloq Nigar İlhamqızıdır.

Qeyd edək ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu nəşr Moldovada yaşayan hüquq elmləri doktoru, tanınmış ictimai xadim və iş adamı Vüqar Novruzovun maliyyə dəstəyi ilə işıq üzü görüb.

# 961 dəfə oxunub

Oxşar xəbərlər

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

18:30 7 oktyabr 2026
80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

16:30 7 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

15:30 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər