Şair Çingiz Əlioğlu vəfat etdi

Şair Çingiz Əlioğlu vəfat etdi
9 avqust 2026
# 13:52

Tanınmış şair, tərcüməçi, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib.

Bu barədə onun oğlu Orman Çingizoğlu məlumat verib.

Çingiz Əlioğlu ilə vida mərasimi sabah 11:00-da Təzə Pir məscidində keçiriləcək.

Çingiz Əlioğlu 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olub. Burada B.Sərdarov adına orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması və texnologiyası fakültəsində təhsil alıbb. (1961-1965).
Bədii yaradıcılığa "Gənc qələmlər" (1967) toplusunda çıxan "Xatirələr" şerilə başlayıb. Elə o vaxtdan da fəal ədəbi yaradıcılıqla məşğul olur, dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edib.

Əmək fəaliyyətinə "Gənclik" nəşriyyatında redaktor kimi başlayıb. Orada böyük redaktor (1977-1988), redaksiya müdiri (1988-1991), Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor (1991-1992), Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi vəzifəsində çalışıb. (1992-.)

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi və 2005-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb.

"Nikbinlik", "Vağzallar...Yollar...", "Soraqlar sevgi məni", "Ömür ağacı", "Alnından ay doğan adam", "Günəşli dayanacaqlar", "Tanrını tanı" kitablarının müəllifidir.

# 660 dəfə oxunub

Oxşar xəbərlər

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

16:50 26 sentyabr 2026
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

15:38 26 sentyabr 2026
Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

14:46 26 sentyabr 2026
Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

13:00 26 sentyabr 2026
Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

12:30 26 sentyabr 2026
Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

12:00 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər