Şair Babulla Səlimov vəfat etdi

Şair Babulla Səlimov

Şair Babulla Səlimov

15 yanvar 2023
# 11:58

Tanınmış ziyalı, ictimai xadim və şair Babulla Səlimov yanvarın 15-də ömrünün 78-ci ilində dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, tanınmış şair və tərcüməçi Səlim Babullaoğlunun atası olan Babulla Səlimov 1945-ci ildə anadan olmuş B.Səlimov Azərbaycan Neft və Kimya İnstitutunu, Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirib.

Uzun illər neft sənayesində çalışıb, Əli Bayramlı (indiki Şirvan) Neft Texnikumunun direktoru, Şəhər İcraiyyə Komitəsinin sədr müavini, sədri, Əli Bayramlı Şəhər Sovetinin sədri, icra başçısının müavini kimi bir çox məsul vəzifələrdə çalışıb. Şəhərin quruculuğunda yaxından iştirak edib, milli memarlıq ənənələrinin təbliğinə və tətbiq edilməsinə xüsusi qayğı göstərib. Onun “Səməd Vurğun dühası xalqa məxsusluğun abidəsidir” layihəsi əsasında 1987-ci ildə Əli Bayramlı şəhərində Səməd Vurğun parkı salınıb, şairin abidəsi ucaldılıb.

“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi şərəfinə onun işlədiyi layihə əsasında Əli Bayramlı şəhərində “Dədə Qorqud meydanı” salınıb, Dədə Qorqud abidəsi ucaldılıb, dastanın motivləri və coğrafiyasını özündə əks etdirən abidələr kompleksi tikilib.

Babulla Səlimov, eyni zamanda, neft-mədən avadanlıqlarının təkmilləşdirilməsi ilə bağlı 42 səmərəli təklifin müəllifi olub.

Ötən əsrin 70-ci illərindən başlayaraq o, respublikanın dövri mətbuatında Babulla imzası ilə həm elmi-publisistik, həm bədii yazılarla çıxış edib, hər yazısında xalqımızın tarixi ilə bağlı taleyüklü problemlərə toxunub.

Onun 20 Yanvar şəhidlərinə həsr olunmuş “Xiyabandan gələn səslər” şeirlər kitabı 1991-ci ildə, “Yaddaşın abidəsi” fəlsəfi-publisistik kitabı 2000-ci ildə, “Sonam” xatirat kitabı isə 2013-cü ildə nəşr edilib.

B.Səlimov bir çox dövlət təltifləri ilə, medallarla mükafatlandırılıb, “Yaddaş” Milli Mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

# 4229 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər