Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir
21 avqust 2025
# 18:50

Xalq artisti Röya Ayxan lent.az saytının instaqram səhifəsini şikayət edib.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, buna səbəb səhifənin keçmişdə Röya Ayxanın öz səhifəsində paylaşdığı və açıq yayımına icazə verdiyi şəkillərini yaymasıdır.

Maraqlı olan odur ki, Röyanın 1 milyondan artıq izləyicisi olduğu görünür. Lent.az səhifəsinin isə instaqramda cəmi 177 min izləyicisi var. Əgər bu şəkillər geniş auditoriya üçün deyilsə, o zaman Röya bunu 1 milyonluq səhifədə niyə yayır? İkincisi, Röya heç vaxt bu şəkillərin silinməsi üçün sayta müraciət etməyib.

Qeyd edək ki, müğənninin şikayət etdiyi xəbərlərdən biri də oğlu Hüseyn Cəlilovun təhsil almaq üçün getdiyi Londondan geri qayıtması ilə bağlı olub.

Bildiririk ki, həmin xəbəri “Lent.az” 15 avqust 2022-ci ildə Röya Ayxanın öz Instagram səhifəsinə istinadən yayıb. Müğənninin öz paylaşımına görə “Lent.az”ın Instagram səhifəsini şikayət etməsi isə anlaşılmazlıq yaradır.

Lent.az tirajını Röyanın şəkillərindən toplamadığı üçün onları mütləq yayımlamaq kimi bir dərdi yoxdur.

Çox təəssüf ki, son zamanlar sosial şəbəkələrdə səhifələrinin baxış sayı çox olan müğənni və blogerlər bundan qara piar və xəbər səhifələrinə qarşı aktiv hücum üçün istifadə edirlər.

Bu işdə fəal olanlardan biri də Röyadır. Röya səhifəsinin istifadəçi sayının çoxluğundan sui-istifadə edərək, Lent.az səhifəsini şikayət edib.

Milyonluq izləyicisi olan səhifə sahibi olmaq ölkənin böyük media qurumlarına qarşı hücuma əsas vermir.

Bu media səhifələri ölkənin xəbər təminatı ilə məşğul olurlar.

Dövlətin, xalqın verdiyi güc ilə belə sarsaqlıqlar etməyin axırı yaxşı olmur. Bizdən demək...

# 2870 dəfə oxunub

Oxşar xəbərlər

İlyas Əfəndiyevin  xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

18:40 23 oktyabr 2026
Filmlərin xronometrajında artım qeydə alındı

Filmlərin xronometrajında artım qeydə alındı

18:20 23 oktyabr 2026
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

18:00 23 oktyabr 2026
Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

17:30 23 oktyabr 2026
Ayasofiyanın  memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

Ayasofiyanın memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

17:00 23 oktyabr 2026
Xalq şairi Musa Yaqubun “Gül bağçası”  kitabı təqdim olundu

Xalq şairi Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

16:30 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər