Respublika Uşaq Kitabxanasında yazıçı Zahid Xəlil ilə görüş keçirildi

Respublika Uşaq Kitabxanasında yazıçı Zahid Xəlil ilə görüş keçirildi
17 mart 2026
# 15:20

F. Köçərli adına Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsi çərçivəsində Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, filologiya elmləri doktoru, professor Zahid Xəlil ilə məktəblilərin görüşü təşkil olunub.

Kitabxanadan kulis.az-a verilən məlumata görə, tədbirdə Bakı şəhəri 333 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri iştirak ediblər.

Tədbirin əsas məqsədi məktəblilərdə mütaliə vərdişlərini inkişaf etdirmək, onları Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndələri ilə yaxından tanış etmək, həmçinin Azərbaycan dilinin və milli ədəbiyyatın təbliğini gücləndirməkdən ibarət olub.

Görüş zamanı şagirdlər yazıçı ilə səmimi söhbət apararaq onun yaradıcılığı, ədəbiyyata gəliş yolu və kitablarının yaranma prosesi haqqında suallar ünvanlayıblar. Məktəblilər müəllifin müxtəlif əsərlərindən parçalar səsləndirərək mütaliə edib, əsərlərin mövzusu və ideyası ətrafında fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində yazıçının “Şəkərabad şəhərinin uşaqları”, “Kralın kreslosu” və “Göy qurşağı” kitabları haqqında şagirdlərə ətraflı məlumat verilib. Əsərlərdə uşaq dünyasının zənginliyi, dostluq, xeyirxahlıq və milli-mənəvi dəyərlərin təbliği xüsusi vurğulanıb.

Zahid Xəlil çıxışında mütaliənin uşaqların intellektual inkişafında və dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd edərək şagirdləri Azərbaycan ədəbiyyatını daha yaxından tanımağa və ana dilinin zənginliyini qorumağa çağırıb.

Sonda məktəblilər yazıçı ilə xatirə şəkilləri çəkdirib və kitablarını müəllifə imzaladıblar.

# 855 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə 8 min illik tikili kəşf edildi

Türkiyədə 8 min illik tikili kəşf edildi

19:00 12 avqust 2026
Musiqi plartformasından yeni qərar – Süni intellektlə bağlı

Musiqi plartformasından yeni qərar – Süni intellektlə bağlı

18:40 12 avqust 2026
“Qürur və qərəz” filmi yayımlandı – Yeni plartformada

“Qürur və qərəz” filmi yayımlandı – Yeni plartformada

18:20 12 avqust 2026
Gənclər Kitabxanasından təqdimat: “Gənclik bu günümüz, gələcəyimizdir!”

Gənclər Kitabxanasından təqdimat: “Gənclik bu günümüz, gələcəyimizdir!”

17:55 12 avqust 2026
Tarixçi alim: "Möminə Xatun türbəsinin bərpası olduqca əhəmiyyətlidir"

Tarixçi alim: "Möminə Xatun türbəsinin bərpası olduqca əhəmiyyətlidir"

17:40 12 avqust 2026
Şeiri və mistisizmi sənətə çevirən  Uilyam Bleyk kim idi?

Şeiri və mistisizmi sənətə çevirən Uilyam Bleyk kim idi?

16:20 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər