Rayonlular, bakılılar və mədəniyyət haqqında - Rəvan Cavid yazır...

Rəvan Cavid

Rəvan Cavid

17 yanvar 2023
# 18:30

Kulis.az Rəvan Cavidin "Bakılı oğlanların mədəniyyəti varmı?" adlı yazısını təqdim edir.

Bütün poetik şəhərləri dünyada tanıdan xüsusi detalları, simvolları var. Bakı, mənə görə, poetik, yazılmağa, tanınmağa ac şəhərlərdən biridir. Bakıya poetika donu geyindirən isə (yenə mənə görə) liman şəhəri olması və adının “küləklər şəhəri” kimi məna qazanmasıdır. Liman şəhəri kimi paytaxtımız uğurlu təşbehlərə qapı aça bilmir.

Bakı limanı 1500-cü illərdən fəaliyyət göstərsə də, nüfuzu təxminən 1800-cü illərdən yüksəlməyə başladı. Təbii ki, ticarət müstəvisində. Bakı bulvarı dünyada Bakıdakı neft daşları qədər məşhur deyil. Bizim üçün nə qədər doğma olmasına baxmayaraq, bulvarımız maraqsızdan maraqsızdı. Dağınıq, soyuq, gəmilərdən, qağayılardan qaçaq düşmüş.

“Küləklər şəhəri” ifadəsinin haqqını verir və məncə, Bakı elə bu ifadə qədər də romantik şəhərdi. Şərqin ən gözəl sevgi və xəyanət hekayələri bizim şəhərdə də yaşanır.

Bu qədər həngamənin içində bizim Bakı haqqında ədəbiyyata, kinoya verə bildiklərimiz yalnız onun kəndləridir. Çünki Bakı böyük şəhər olmazdan qabaq kiçik qala şəhəri və kəndlərdən ibarət olub. Və Bakıya mədəniyyət ya dənizdən, ya da başqa bölgələrdən gəlib. Bakıya xas bircə mədəniyyət aktı var: meyxana. O da mədəniyyət deyil.

Bakılı sənətkarlar çoxdu. Elə mədəni sferada da bakılı imzalar var. Ancaq onların heç biri Bakı metaforaları, Bakı göndərmələri edə bilməyib (bir neçə rəsm əsəri istisna).

Gələk günlərdi gündəm olan və hələ də müzakirə edilən Bakı-kəndli söhbətinə...

Özülündə ticarət dayanan heç bir məkan mədəniyyət rəmzi ola bilməz, olmayıb. Çünki ticarət inkişaf edən şəhərlərdə mədəni proseslər yalnız reklam və populist manekenlər yaratmaq mahiyyəti daşıyırdı.

Ümumiyyətlə, mədəniyyətin şəhərli və kəndli olması mübahisəsi sənət yaranandan var. Antik yunan məqalələrindən günümüzün tənqidçilərinə qədər hamı bu mövzudan danışıb. Amma...

Amma heç kim Bəhram Bağırzadə kimi savadsız, köntöy, elit barbar kimi aparmayıb özünü. Bəhram Bağırzadənin KVN qrupundakı yumoru da beş qəpiklik yumor deyildi. Günümüzün Ülvi Həsənlisi ondan daha çox güldürə bilir. Yəni Bəhram müəllimin vəziyyəti o qədər kritikdi.

Reklam siması olub televiziyalara ayaq açması da yuxarıda qeyd etdiyim mədəni kriteriyalar səviyyəsindədir. Bəhram Bağırzadə papsa bir sənətçidir.


Əxlaq, mədəniyyət, etika sisteminə coğrafiyanın təsiri böyükdür. Məsələn Londonda yaşayan elit bir aktyor heç vaxt Bəhram müəllim kimi sayıqlamaz.

Ya da İstanbulun göbəyində oturub dünyada məşhur olan bir sənətçi heç vaxt “taşra sanatı ve şehir kültürü” mərkəzində kəndliləri, ya Anadolu insanını təhqir etməz. Çünki onun intellektual səviyyəsi imkan verir ki, o, arqumentlər zəncirini sağlam qursun.

Bəhram müəllimin bir neçə müsahibəsini oxudum. Bir insan ancaq bu qədər cəhalət qusa bilər. Bir sənətçi yalnız bu qədər yaltaq ola bilər. Və bir insan yalnız bu qədər özünü tanımaya bilər. Özünü tanımaq ifadəsini də küçə jarqonu kimi istifadə eləmədim. Həqiqətən, Bəhram müəllim kim olduğunu bilmir.

Son müsahibəsində isə arsızlıq edib dediklərini yenidən təkrarlayır. Allah sizə ağıl versin, Bəhram müəllim!

Rayondan gələnlərin Bakının mədəni atmosferini pozması ilə əlaqədar isə aktyora bircə sual vermək lazımdır: Hansı mədəniyyəti, hansı etikanı, hansı estetikanı pozurlar? Məgər Bakı tin uşaqları ilə, narkomanları ilə, üzüm təngələri və mazutu ilə məşhur şəhər deyil? Mədəniyyət bunların harasındadır?


# 5653 dəfə oxunub

Oxşar xəbərlər

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
# # #