“Qılınc və qələm” romanı özbək dilində nəşr olundu

“Qılınc və qələm” romanı özbək dilində nəşr olundu
31 yanvar 2024
# 17:00

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi romanı özbək dilində nəşr olunub.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində nəşrə hazırlanan “Qılınc və qələm” romanının mövzusu böyük Azərbaycan şairi dahi Nizami Gəncəvinin həyatı, yaradıcılığı, yaşadığı dövrü əhatə edir və sözügedən tarixi roman bu baxımdan Azərbaycanda olduğu kimi Özbəkistanda da böyük maraqla qarşılanmaqdadır.

Kulis.az xəbər verir ki, “Qılınc və qələm” tarixi romanını özbək dilinə alimlər Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilov tərcümə edib. Nəşrin redaktoru və nəşrə hazırlayanı özbək alimi Abdulla Ulugovdur.

Daşkənd şəhərində fəaliyyət göstərən “Niso nashriyot va matbaa uyi” poliqrafiya mərkəzində çap olunan sözügedən roman orijinaldan fərqli olaraq müasir kitabçılıq ənənələrinə uyğun olaraq bir cilddə iki hissə olmaqla nəfis şəkildə nəşr edilib.

Kitabın “Ön söz”ündə qeyd olunur ki, Məmməd Səid Ordubadinin bu əsəri XX əsr Türk xalqlarının ədəbiyyatına özünəməxsus töhfə verib. “Qılınc və qələm” romanında bütün dövrlərdə mürəkkəb insan münasibətlərində daim möhkəm yer tutan sevgi, qısqanclıq, karyera və şöhrət hərisliyi, duyğuları parlaq rənglərə boyanmışdır.

Romanda Nizami Gəncəvi surəti mərkəzi yer tutur. Müəllif Nizaminin həyat və fəaliyyətini müxtəlif dövrlə, xalq həyatı və məişəti ilə sıx əlaqədə təsvir edib, xalq həyatının geniş lövhələrini yarada bilib.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2023-cü ilin dekabrında Azərbaycan, Türkiyə və Özbəkistan alimlərinin iştirakı ilə “Nizami Gəncəvi yaradıcılığında Türkçülük məfkurəsi” adlı beynəlxalq elmi konfrans keçirilib. Nizamişünaslıqla bağlı bir çox mövzuların müzakirə olunduğu sözügedən konfransın yekun nəticəsi olaraq Nizami Gəncəvi irsinin dünyada tanıdılması, tədqiqi və təbliğini daha da səmərəli, effektiv formada həyata keçirmək məqsədilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi yanında Türk dünyası Nizamişünas alimlərindən ibarət “Beynəlxalq Nizami Gəncəvi Elmi Tədqiqatlar Cəmiyyəti” təsis edilib və onun gələcək fəaliyyət strategiyası müzakirə edilərək qəbul olunub.

Beynəlxalq Nizami Gəncəvi Elmi Tədqiqatlar Cəmiyyəti tərəfindən dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvi irsinin tədqiqi və təbliği istiqamətində bir sıra təkliflər irəli sürülüb və bu təkliflərin bir hissəsi Nizami Gəncəvi şəxsiyyətinin, şairin real obrazının canlandırılan Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Oqtay Salamzadənin "Əsrlərin sirri" romanlarının, dünyaşöhrətli şərqşünas alim Y.Bertelsin “Nizami”, M.Ə.Rəsulzadənin "Böyük Azərbaycan şairi Nizami" adlı monoqrafiyalarının digər dillərə tərcüməsi, nəşri və yayılması layihələridir.

Nizami Gəncəvi şəxsiyyəti, onun yaradıcılığının, habelə Azərbaycan yazıçılarının əsərlərinin tədqiqi və təbliği məqsədilə Məmməd Səid Ordubadinin dahi şair haqqında qələmə aldığı "Qılınc və qələm" əsəri özbək dilinə tərcümə və nəşr layihəsi reallaşdırılıb. Özbək dilində nəşr olunmuş “Qılınc və qələm” romanının yaxın günlərdə Özbəkistanın aparıcı kitabxanalarında, təhsil və elm ocaqlarında təqdimatlarının keçirilməsi də nəzərdə tutulur. AZERTAC

# 1401 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan və Albaniya milli kitabxanaları arasında qarşılıqlı əlaqələr genişlənir

Azərbaycan və Albaniya milli kitabxanaları arasında qarşılıqlı əlaqələr genişlənir

18:40 28 yanvar 2026
“44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatı oldu

“44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatı oldu

18:00 28 yanvar 2026
Sevgilimlə iki söz arasında... - Əli Kərim

Sevgilimlə iki söz arasında... - Əli Kərim

17:00 28 yanvar 2026
"O, Azərbaycan poeziyasının çörəyi, duzu, balı, südüdür..." - Gürcü şair kimin haqqında yazırdı?

"O, Azərbaycan poeziyasının çörəyi, duzu, balı, südüdür..." - Gürcü şair kimin haqqında yazırdı?

16:30 28 yanvar 2026
İstehlakçılıq kultu - Sübhan Padarsoy

İstehlakçılıq kultu - Sübhan Padarsoy

16:07 28 yanvar 2026
Uşaq Kitabxanasında aksiya: “Bir kitab, bir sevgi”

Uşaq Kitabxanasında aksiya: “Bir kitab, bir sevgi”

15:35 28 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər