Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya - Prezident Kitabxanasında

Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya -  Prezident Kitabxanasında
14 avqust 2026
# 17:30

Prezident Kitabxanasının Kolleksiyalar bölməsinin “Ədəbi irs” adlı alt bölməsində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş yeni virtual kolleksiya yaradılıb.

Kulis.az xəbər verir ki, virtual kolleksiyada Bəxtiyar Vahabzadənin şair, alim və dramaturq kimi fəaliyyətini əks etdirən çoxsaylı şeir kitabları, poemaları, teatr səhnəsində uğurla tamaşaya qoyulmuş pyesləri, eləcə də elmi-publisistik əsərləri və monoqrafiyaları toplanıb. Bu nəşrlər bütövlükdə görkəmli ədibin yaradıcılığının zənginliyini, ictimai münasibətləri və insanın daxili dünyasını ustalıqla əks etdirmək bacarığını nümayiş etdirir.

Tədqiqatçılar və geniş oxucu kütləsi üçün etibarlı informasiya resursu rolunu oynayan bu virtual kolleksiya Bəxtiyar Vahabzadənin bədii-fəlsəfi dünyasına dərindən bələd olmaq, eləcə də onun ədəbi-tarixi irsini rəqəmsal mühitdə yaşatmaq məqsədi daşıyır.

Qeyd edək ki, Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasında vətəndaşlıq mövqeyinin güclənməsi və fəlsəfi lirikanın inkişafı baxımından müstəsna xidmətləri olan qüdrətli söz ustasıdır. Onun insan və zaman, mənəvi dəyərlər, milli kimlik və ictimai məsuliyyət məsələlərini əhatə edən bədii irsi, xüsusilə azərbaycançılıq məfkurəsi milli özünüdərk prosesində müstəsna rol oynayır. Ana dilimizin saflığının qorunmasına mühüm töhfələr verən, “Gülüstan” və “Şəhidlər” kimi poemalarında xalqın taleyini bədii ümumiləşdirmə səviyyəsində əks etdirən ədib milli ədəbi-ictimai təfəkkürün inkişaf tarixində dərin iz qoymuşdur.

Bəxtiyar Vahabzadənin əsərləri yarandığı dövrdən etibarən bir çox xarici dillərə tərcümə edilərək geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır. Yalnız şair və dramaturq kimi deyil, akademik, Milli Məclisin deputatı və aktiv ictimai xadim kimi də fəaliyyət göstərən B.Vahabzadənin çoxşaxəli yaradıcılığı müasir Azərbaycan ədəbiyyatının inkişafında mühüm mərhələ təşkil edərək milli-mədəni yaddaşın formalaşmasında əhəmiyyətli rol oynamışdır.

# 511 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər