Qala Etno Fest başlayır

Qala Etno Fest başlayır
30 may 2024
# 17:00

Mayın 31-dən iyunun 2-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Etno Fest” keçiriləcək.

Kulis.az xəbər verir ki, üç gün davam edəcək festivalda Qala Qoruğu ərazisində Azərbaycan xalqının qədim etnik ənənələrini təcəssüm etdirən böyüklər və uşaqlar üçün interaktiv fəaliyyətlər, sərgilər, ustad dərsləri və yarışlar təşkil olunacaq, Qala Etno Bazarın və “Qala tarixi fotorlarda” sərgisinin açılışı baş tutacaq.

Günümüzə qədər qorunub saxlanmış, dublalı (bacalı) evləri ilə məşhur, XVIII əsrə aid unikal Abşeron kəndi nümunəsi olan və hazırda “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda muzey kompleksi formasında qorunan “Dulusçu evi”nin həyətindəki 300 yaşlı püstə ağacının altında ölkəmizin önəmli mədəniyyət xadimləri ilə görüşlərin keçirilməsi planlaşdırılır. “Püstə ağacının altında görüş” silsiləsində “Türk damğaları”, “Keramika sənəti”, “Abşeron arxeologiyası” və “Dəzgah və kitab qrafikası” mövzularında görüşlərin təşkili etno-mədəni mühitə xüsusi ab-hava qatacaq.

Sənətkarlıq və qədim peşələrlə maraqlananlar festival ərazisində böyüklər və uşaqlar üçün təşkil olunacaq duluzçuluq, xalçaçılıq, boyakarlıq, dəmirçilik, qurama, keçə sənəti, zərgərlik, vitraj, ağac oyma, keramika rəngləmə, ebru və şam düzəltmə üzrə ustad dərslərinə qatıla biləcəklər.

Qala Etno Fest çərçivəsində, Qala qəsrində “Qala tarixi fotolarda” sərgisi ziyarətçilərə təqdim olunacaq. Ənənəvi və etno idman növlərinin həvəskarları isə oxatmada iştirak edib, mars güləşində, eyni zamanda nərd, şahmat və dama kimi masaüstü oyunlarda iştirak imkanı əldə edəcəklər. Tədbirdə uşaqların əyləncəli vaxt keçirməsi üçün etno və uşaq oyunları da təşkil olunacaq. Daha yaradıcı balaca ziyarətçilər isə rəsmlər çəkərək və “Rəsmini yarat” interaktiv fəaliyyətə qoşula biləcəklər.

Ənənəvi sənət növlərinin sərgiləndiyi karvansaray üslubundakı Qala Etno Bazar festival günlərindən etibarən ziyarətçilərinə qapılarını açacaq və etno bazarın qonaqları həm də ustad dərslərini izləyə biləcəklər.

Qala Etno Fest ziyarətçiləri üçün daha bir imkan təqdim edəcəkdir. Belə ki, tədbir iştirakçıları mayın 25-26-da keçirilmiş IX Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin eksponatlarına "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən “Tullantıdan sənətə” muzeyində baxa biləcəklər.

Şəhərimizin sakinlərini və qonaqlarını Qala Etno Fest-də maraqlı tədbirlər gözləyir.

# 2083 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər