Pompeyin tarixi ilə bağlı sensasiya yaradan arxeoloji faktlar

Pompeyin tarixi ilə bağlı  sensasiya yaradan arxeoloji faktlar
22 avqust 2026
# 13:30

Eramızın 79-cu ilində Vezuvi püskürməsi nəticəsində kül altında qalan antik Pompey şəhərinin tarixi ilə bağlı yeni və sensasiya yaradan arxeoloji faktlar üzə çıxıb.

Kulis.az xəbər verir ki, şəhərin cənubundakı "Insula Meridionalis" ərazisində aparılan qazıntılar zamanı XV və XVI əsrlərə aid keramika qalıqları və müxtəlif əşyalar tapılıb.

Bu tapıntılar Pompeyin 1748-ci ildə başlayan ilk rəsmi arxeoloji qazıntılardan əsrlər əvvəl də məskunlaşıldığını və heç vaxt tamamilə tərk edilmədiyini sübut edir.

Pompey Arxeologiya Parkının direktoru Qabriel Zuştrigel bildirib ki, fəlakətdən sonra ərazi rəsmi tarixdə unudulmuş kimi görünsə də, yerli kəndlilər və çobanlar əsrlər boyu xarabalıqlar arasında yaşamağa və şəhərin yaddaşını qorumağa davam ediblər.

Bölgənin əsrlər boyu "Civita" (Şəhər) adlandırılması da Pompey yaddaşının yerli xalq arasında heç vaxt silinmədiyini göstərir.

Qeyd edək ki, "Insula Meridionalis" qazıntı sahəsi hazırda xüsusi rejimdə ziyarətçilərin üzünə açıqdır.

Arxeoloji

# 636 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər