“Park” nəşriyyatının təqdimatı olacaq

“Park”  nəşriyyatının təqdimatı olacaq
11 aprel 2025
# 21:40

"Heç bir maddi dəstəyimiz yoxdur, oxuculara inanıb hər şeyi öz hesabımıza etmişik. Satışdan əldə olunan məbləğlə ilk növbədə mətbəəyə olan borcumuzu bağlayacağıq. Amma çap etdiyimiz iki müəllifə 9 min qonorar vermişik: 5 min Salam Sarvana, 4 min Seymur Baycana. Mirmehdi Ağaoğlu və Vüqar Van qonorardan imtina ediblər..."

Kulis.az xəbər verir ki, bu sözləri şair-publisit, "Park" nəşriyyatının təsisçisi Şəhriyar del Gerani deyib.

"Nəhayət, istədik, ölkədə yerli müəlliflərə dəyər verən, özlərini imza kimi hiss etdirən bir nəşriyyat yaradaq. Soruşa bilərsən, ölkədə bizim arzuladığımız nəşriyyat sistemi varmı? Yəqin, "yox" deyəcəksiniz..."

Onun sözlərinə görə, bu il 10-12 yerli, 5 xarici müəllifin əsəri çap ediləcək:

"Azərbaycanda heç vaxt çap olunmayan, lakin dünyada təntənəsi olan müəllifləri, eyni zamanda uşaq ədəbiyyatı çap edəcəyik. Hələlik beş kitab hazırdır.
Qeyd edim ki, Salam Sarvanın müəllifi olduğu kitab şairin ilk nəsr əsəridir. Seymur Baycanın ikicildliyində isə yazıçının öz seçdiyi publisistik yazıları cəmləşib. Mirmehdi Ağaoğlunun “Həcc gündəliyi” kitabı müqəddəs ziyarətin yazıçı müşahidələri ilə bədii inikasıdır. Bu, Azərbaycanda bədii-publisistik baxımdan həcclə bağlı ilk əsərdir. Seymur Baycanla Vüqar Vanın həmmüəllif olduğu “Pişiyə qalib gələn qəhqəhələr” isə iki fərqli yaş qrupuna aid olan yazıçının birgə yazdığı hekayələr toplusudur..."

Qeyd edək ki, sabah saat 16:00-da Nizami Kino Mərkəzində “Park” Müasir Nəşriyyat Evinin təqdimatı olacaq.

Təqdimat mərasimində müəlliflər oxucular üçün kitab imzalayacaq.

Şəhriyar del Gerani qeyd edib ki, əsas məqsəd yaradıcı adamları bir çətirin altına toplamaqdır:

"Nizami Kino Mərkəzinin 4-cü mərtəbəsində baş tutacaq. Ümumiyyətlə, ölkə mədəniyyətinin bütün sahələrindən olan adamları – rejissorları, aktyorları, bəstəkarları, rəssamları, yazıçıları, şairləri, jurnalistləri, müğənniləri, bir sözlə, kitaba və müstəqil nəşriyyata dəstək verən hər kəsi orda görə bilərsiniz. Arzumuz budur bir-birindən ayrı düşmüş sənət sahələrinin yaradıcı adamlarını bir çətirin altına toplayaq. Bu çətirin adı "Park"dır."

# 2401 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Tofiq Bakıxanov vəfat etdi

Xalq artisti Tofiq Bakıxanov vəfat etdi

23:50 23 avqust 2026
Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir

Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir

14:50 23 avqust 2026
"Dünyanın təsəlliyə deyil, həqiqətə ehtiyacı var..." - Fransız filosofdan aforizmlər

"Dünyanın təsəlliyə deyil, həqiqətə ehtiyacı var..." - Fransız filosofdan aforizmlər

14:00 23 avqust 2026
Ölüm düşərgəsində  şahmat sayəsində sağ qalan yəhudi yazıçı  - Efraim  Kişon kimdir?

Ölüm düşərgəsində şahmat sayəsində sağ qalan yəhudi yazıçı - Efraim Kişon kimdir?

12:30 23 avqust 2026
Sovet ideoloji terrorunun qurbanı - Əli Nazim kim idi?

Sovet ideoloji terrorunun qurbanı - Əli Nazim kim idi?

10:30 23 avqust 2026
Ensiklopedik materiallarla zəngin tədqiqat əsəri - "Boradigah tarixi qaynaqlarda"

Ensiklopedik materiallarla zəngin tədqiqat əsəri - "Boradigah tarixi qaynaqlarda"

18:00 22 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər