“Nikosayağı”dan Rasim Balayevə

“Nikosayağı”dan Rasim Balayevə
16 avqust 2023
# 14:00

Məşhurların məhv olmağını, imkanlı insanların müflisləşməyini istəmək azardır, natamamlıqdır – yaranma səbəbini tarixin bir nömrəli psixoloqundan, Freyddən soruşsaydıq, yəqin ki, cavabı belə olacaqdı – uşaqlıq travması.

Ancaq hər şeyi uşaqlıq travmasının üstünə yıxıb işi bitmiş saymaq da ayrı bir travmadır.

İllər əvvəl Xaçmaz dəmiryol vağzalında insan ətindən xaçapuri bişirib satan adama jurnalist sual verəndə ki, niyə belə edirdiz, o, cavab vermişdi ki, bəs, o vaxt, həmin qadın məni niyə atmışdı? Bəlli olur ki, həmin manyakı gənclik illərində bir qadın atıb.

Etiraf edək, hansı birimizin azından bir dəfə, poetik dildə desək, məhəbbətimiz daşa dəyməyib?

Azından bir dəfə hansı birimizi sevdiyimiz insan atmayıb?

İnsan bir yaşdan sonra uşaqlıq travmaları ilə pişik yumaqla oynadığı kimi oynaya bilmirsə, o, hansı yetkinlikdən danışa bilər?

“Nikosayağı” ləqəbi ilə məzəli videolar hazırlayan Nicat Şakirli avtomobil qəzasına düşüb qolunu itirdikdən sonra cəmiyyətimizin bir çox üzvlərinin uşaqlıq travmaları yenidən üzə çıxır.

Özünə sosial şəbəkədə diqqət çəkməyi bacaran – yəni, qismən seçilən bir çox adamın zərərçəkənin hələ narkozdan ayılmamış yazdığı postlarını, paylaşdığı fikirləri görəndə bir daha anlamaq olur ki, biz məşhur yetişdirə bilmirik. Məşhur yetişdirə bilməyən cəmiyyətləri qarşıda gözləyən problemlərin necəliyinin ayrı bir yazının mövzusu olduğunu qeyd edib, həmin şəxslərin paylaşımlarından bir neçəsini diqqətinizə çatdırıram.

Biri deyir ki, hər şeylə məzələnənin axırı belə olur. Digəri Nicatın illər əvvəl qəza mövzusunda çəkdiyi səhnəcikləri paylaşıb cadugərlik edir, deyir, müəllif bəlanı özü çağırırmış.

Kreativliyini gündəm üzərində sübut etmək istəyən digər bir travmalı yazır: ““Nikosayağı”nın bir qulağını ambutasiya etsələr, olacaq, Andranikosayağı”.

Daha biri yazır ki, “Nikosyağı”nın qolundakı tatunu belinə köçürüblər.

Əslində bu iyrənc paylaşımlardan vicdanlı oxucuların ürəyi bulandığının fərqindəyəm, paylaşımları tirajlamaqda yeganə məqsədim məsələnin kökünə gedən yolda özümə yoldaş axtarmaqdır – bu yol çətin yoldur. Çünki yazıda hiss oluna biləcək aqressiyanın səbəbini sizə çatdırmağa borcluyam.

Görəsən, bu adamlar həyatda nələr yaşayıblar ki, xəstəxanada ağrı içində qovrulan bir insan haqqında belə danışa bilirlər?

Mən bu travmanın səbəbini bilmirəm.

Əslində insanın əlini-qolunu bağlayıb gözünün qabağında əzizlərini təhqir etsələr belə, sonda bu vəziyyətə düşməz.

Məsələ budur ki, “Nikosayağı” dediyimiz adam Zori Balayan deyil ki, onu “8 yaşlı türk uşağını divara mıxladım” fikrinə görə lənətləyək. Axı Nikosayağı 5-3 nəfəri güldürən və bundan 3-5 manat pul qazanan bir həmyerlimizdir. O, cəmiyyətdə niyə bu qədər aqressiya doğurub?

Cəmiyyət ağır anlayışdır, bu terminlə müraciət zamanı hər bir dürüst fərddən dönə-dönə üzr istəyirəm. Ancaq çox təəssüf ki, cəmiyyətin seçilən əksər üzvlərinin bir məsələyə münasibəti obyektiv olaraq, cəmiyyətin ümumi reaksiyası kimi qəbul olunur.

Axı bizim klassik cəmiyyətimiz atalar sözü, zərb-məsəl müstəvisində çoxdan bu məsələni həll etmişdi. Hətta cəmiyyətin ən rəzil üzvü belə dünyasını dəyişəndə “haqq dünyasındadır, Allah rəhmət eləsin”, yaralananda “Allah şəfa versin”, həbsxanaya düşəndə “Allah qapısını açsın”, deyirdi.

Biz nə vaxt bu hala düşdük?

Cəmiyyətimizin məşhurlara qarşı aqressiyasının təməlində nə durur?

Niyə biz məşhurların qazanclarının balamızın boğazından kəsildiyini düşünürük? Axı onlar nə vaxt bizim mətbəximizə girib? Niyə biz boğazkəsənləri səhv ünvanda axtarırıq? Başqa ünvanlardan yığdığımız aqressiyanı gətirib incəsənət nümayəndələrinin üstünə tökürük?

Təbii, Nicat Şakirli sağalacaq, bu bəlalardan qurtulacaq, yenidən səhnəyə qayıdacaq, olmayan qolu ilə də özü məzələnəcək. İnsanların ələgələn qüsurlarını sarımaq üçün ona beş barmaq da kifayət edəcək.

Sağalmayan yara isə bizim məşhur yetişdirə bilməyimizdir. Bir gün öz məşhurluğundan istifadə edib toplumun problemlərini yüksək tribunalardan səsləndirə biləcək adamları ağırtonnajlı aqressiya maşınlarımızın altına basırıq.

Sonda da Xalq artisti Rasim Balayev “İstiqlal” ordeni alandan sonra bizə “mən özümü niyə bu kütləyə həsr etməliyəm?” deyəndə təəssüflənirik.

Rasim Balayevdə təəssüflənməmək üçün “Nikosayağı”da düşünməliyik - Azərbaycansayağı!

Allah şəfa versin!

“Qafqazinfo”

# 5026 dəfə oxunub

Oxşar xəbərlər

Niyazinin övladlığını rədd edən, beş uşağını itirən müğənnimiz kimdir?

Niyazinin övladlığını rədd edən, beş uşağını itirən müğənnimiz kimdir?

18:48 2 iyun 2025
Sevdiyinə həsrət qalıb xəstəxanada ürəyi partlayan rejissorumuz

Sevdiyinə həsrət qalıb xəstəxanada ürəyi partlayan rejissorumuz

18:20 2 iyun 2025
Başqa bir ailədə doğulsaydım... - Həyatımın dəyişdiyi an

Başqa bir ailədə doğulsaydım... - Həyatımın dəyişdiyi an

17:35 2 iyun 2025
Abşeron Milli Parkında “Duyğular və təbiət” adlı rəsm sərgisi keçirilir

Abşeron Milli Parkında “Duyğular və təbiət” adlı rəsm sərgisi keçirilir

17:00 2 iyun 2025
Hökumə Əliyeva haqqında yeni film çəkilib

Hökumə Əliyeva haqqında yeni film çəkilib

15:46 2 iyun 2025
“Gilavar Foto Klubu” Azərbaycanın tarixi və mədəni irsinə aid layihəyə yekun vurub

“Gilavar Foto Klubu” Azərbaycanın tarixi və mədəni irsinə aid layihəyə yekun vurub

15:25 2 iyun 2025
# # #