“Naxçıvan Muxtar Respublikası - 100” adlı elektron məlumat bazası hazırlandı

“Naxçıvan Muxtar Respublikası - 100”  adlı elektron məlumat bazası hazırlandı
9 fevral 2024
# 12:30

Bu gün Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamış gözəl diyarı Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə “Naxçıvan Muxtar Respublikası - 100” adlı elektron məlumat bazası hazırlanıb.

Kulis.az xəbər verir ki, elektron məlumat bazasında müxtəlif illərdə muxtar respublikaya dair imzalanan rəsmi sənədlər, Naxçıvan diyarının qədim tarixi, inzibati - ərazi vahidləri, mədəniyyət, təhsil, iqtisadiyyat, səhiyyə sahələri, görkəmli şəxsiyyətləri haqqında məlumat verilir. Bazada Naxçıvan Muxtar Respublikası haqqında Azərbaycan və xarici dillərdə qələmə alınan kitabların, məqalələrin biblioqrafik təsvirləri, Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini Təranə Quliyevanın “Naxçıvanlılar Heydər Əliyevi, Ulu Öndər isə Naxçıvanı qorumuşdu...”, Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin “İlham Əliyevin yeni Naxçıvan modeli”, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycanın dövlət müstəqilliyinin Naxçıvan təməli və dərsləri” və Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi Yunis Xəlilovun “Moskva və Qars beynəlxalq müqavilələri müstəvisində Naxçıvanın hüquqi statusu” məqalələrinin tam mətni təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazasında “Naxçıvan - İslam mədəniyyətinin paytaxtı - 2018”, “Avtoreferatlar, dissertasiyalar”, “Notlar”, “İzomateriallar”, “Foto və videoqalereya”, “Virtual sərgi” bölmələri də mövcuddur.

“Naxçıvan Muxtar Respublikası - 100” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

# 1776 dəfə oxunub

Oxşar xəbərlər

Klod Monenin  tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

Klod Monenin tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

18:30 22 oktyabr 2026
Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

18:10 22 oktyabr 2026
Türkiyədə  arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

Türkiyədə arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

18:00 22 oktyabr 2026
“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

17:30 22 oktyabr 2026
Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

17:00 22 oktyabr 2026
Leyla Əliyeva Səmərqənddə  İmam əl-Buxari memorial kompleksində

Leyla Əliyeva Səmərqənddə İmam əl-Buxari memorial kompleksində

16:51 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər