Mətləb Muxtarovdan yeni film

Mətləb Muxtarov. Rejissor

Mətləb Muxtarov. Rejissor

15 mart 2022
# 17:38

Rejissor Mətləb Muxtarovun "12/35" adlı sənədli filmi onlayn premyerasını həyata keçirib.

Bu barədə rejissor Mətləb Muxtarov özü kulis.az-a məlumat verib.

Onun sözlərinə görə “Chaikhana” platforması ilə ortaq ərsəyə gələn film rejissorun doğulub böyüdüyü binadan bəhs edir. 12/35 nömrəli binanın itmiş nəsli haqqında olan filmin xronometrajı 42 dəqiqədir.

Bundan əvvəl müxtəlif telekanallarda rejissor işləyən Mətləb Muxtarovun ilk müstəqil işi olan “12/35” filmi itmiş nəsil, nostalgiya və ölüm mövzularının qarşılıqlı vəhdətindən yaranıb. “12/35” sənədli filmi həm də gənc yaşda vəfat edənlərin həyatlarını və yaşayanların xatirələrini araşdırır. İndi 50-60 yaşlarında olan bu kişilər həmyaşıdlarının başına gələnləri, əksər dostlarının, qohumlarının niyə gənc yaşda öldüyünü, yəni bir binanın fonunda bütöv bir nəslin hekayəsini danışırlar. Ölənlərin səsləri və həyatları 90-cı illərin həvəskar videoçəkilişlərindən çıxarılmış kadrlarda yer alır.

Rejissor film haqında kulis.az-a danışarkən əlavə edib ki,
Köhnə dostların ölüm səbəblərini anlamaq cəhdləri fonunda çəkilən bu film, həm nostalgiya, həm də ev məfhumuna olan xüsusi sevginin xatirələr vasitəsilə necə oyanmasından bəhs edir:


“Doğulub-böyüdüyüm mikrorayon Sumqayıtda təhlükəli yerlərdən biri sayılır, amma mən özümü burda həmişə təhlükəsizlikdə hiss etmişəm. Hər çatışmazlığı ilə bu mikrorayon mənə doğma gəlib. Atam, əmilərim burda böyüyüb, mən burda doğulub-böyümüşəm və vaxtilə atama dərs deyən müəllimlər sonralar mənim də müəllimlərim olub. Qonşularımızla bir ailə kimi olmuşuq. Çətin və xoşbəxt uşaqlıq xatirələrim, darıxdığım günlər bura ilə bağlıdır. Keçmişlə yaşayan adamam və mənimçün vətən keçmiş, uşaqlıq və yaddaşla assosiasiya olunur. Qısacası, altı bloklu 12/35 nömrəli bina mənimçün vətəndir. 1968-ci ildə tikilən 12/35 nömrəli binanın ilk və köhnə sakinləri zaman keçdikcə burdan köçməyə başladılar. Yeni qonşular gəldi, doğmalıq yavaş-yavaş yerini yadlığa buraxdı. Mən və uşaqlıq dostlarımdan bəziləri də bu məhəllədən uzaqlaşdıq, özümüzə başqa yerdə həyat qursaq da, nədənsə hər dəfə bura qayıdırıq. Bizim üçün məhəllə getdiyimiz yer olmadı, bizim üçün məhəllə elə 12/35 nömrəli bina oldu. Özümüzə gəldikdə isə 1980-ci illərin, yəni bizim nəsilin insanları uşaqlıq nostalgiyası ilə yaşasa da, artıq zəmanə adamına çevrilməyi bacarmışıq. Müxtəlif işlərdə işləyir, keçmiş üçün darıxsaq da, gələcəyə baxmaqdan çəkinmirik. İki nəslin toqquşması məhz burda baş verir”.


# 3363 dəfə oxunub

Oxşar xəbərlər

"O hamının sevdiyi, ancaq heç kimin ciddi qəbul etmədiyi it kimidi” - Ulyam Folkner kimdir?

"O hamının sevdiyi, ancaq heç kimin ciddi qəbul etmədiyi it kimidi” - Ulyam Folkner kimdir?

12:30 6 iyul 2026
Şuşada çərkəz musiqiləri ifa edildi

Şuşada çərkəz musiqiləri ifa edildi

12:26 6 iyul 2026
Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar"  adlı beynəlxalq konfransın açılışı oldu

Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfransın açılışı oldu

11:21 6 iyul 2026
Maykl Ceksonun ölümündə şok iddia: Özünü bilərəkdən öldürüb?

Maykl Ceksonun ölümündə şok iddia: Özünü bilərəkdən öldürüb?

11:00 6 iyul 2026
Ana olmaq həsrəti və rənglərin etirafı - Ən məşhur avtoportretlərin arxasındakı faciə

Ana olmaq həsrəti və rənglərin etirafı - Ən məşhur avtoportretlərin arxasındakı faciə

10:37 6 iyul 2026
Zihni Göktay vəfat etdi

Zihni Göktay vəfat etdi

10:10 6 iyul 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər