Məşhur repçiyə zorlama ittihamı

Məşhur repçiyə zorlama ittihamı
20 iyul 2026
# 16:00

Avstraliyada 20 yaşlı pərəstişkarını zorlamaqda təqsirləndirilən britaniyalı repçi Yanq Filli ilə bağlı məhkəmə prosesi başlayıb.

Kulis.az xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb.

30 yaşlı musiqiçiyə zorlama, bədən xəsarəti yetirmə və nəfəsalmaya mane olma maddələri üzrə ittihamlar irəli sürülüb.

Yanq Filli özünü təqsirli bilmir. Məhkəmədə prokuror bildirib ki, 2024-cü ilin sentyabrında zərərçəkən avstraliyalı qadın reperlə könüllü olaraq cinsi əlaqəyə razılıq verib, lakin görüş onun planlaşdırdığı kimi keçməyib. Qızın sözlərinə görə, konsertdən əvvəl o, repçiyə ünvanlanmış video çəkib, çıxışdan sonra isə onu VIP-zala dəvət ediblər. Qız bu görüşə razılıq verib və sənətçi ilə tanış olub.

Zərərçəkənlə təkbətək qalan repçi onu dişləməyə başlayıb. Reper dayanmasını xahiş edən qıza iddiaya görə susmağı əmr edib, şillə vurub və daha bərk dişləyərək döşündə yara izi qoyub. Prokuror qızın ifadəsini oxumağa davam edərək bildirib ki, bundan sonra repçi zərərçəkəni boğmağa və alçaltmağa başlayıb, nömrəyə burger sifariş etməzdən əvvəl isə onu bir neçə dəfə zorlayıb.

İfadələrə əsasən, zərərçəkən gedərkən repçi mühafizəçiyə qızın yataqda o qədər də yaxşı olmadığını deyib, daha sonra isə onun sinəsindən yapışaraq bədən quruluşuna qiymət verməsini istəyib. Ertəsi gün qız baş verənlər barədə polisə məlumat verib və 2025-ci ildə Yanq Filli həbs edilib.

# 466 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dion səhnələrə qayıdır

Selin Dion səhnələrə qayıdır

18:40 10 sentyabr 2026
Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

18:00 10 sentyabr 2026
Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

17:30 10 sentyabr 2026
Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

16:30 10 sentyabr 2026
Mehmet Ali Erbil infarkt keçirtdi

Mehmet Ali Erbil infarkt keçirtdi

16:00 10 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

15:41 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər