Türkiyəli musiqiçi Atilla Taşın qızı Sezen Taş Mersinin Ərdəmli ərazisində yerləşən yaşayış kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq vəfat edib.
Kulis.az xəbər verir ki, hadisə yerinə çağırılan tibb və polis əməkdaşları 34 yaşlı Sezen Taşın yerindəcə dünyasını dəyişdiyini müəyyən ediblər.
Mərhumun cənazəsi məhkəmə-tibbi ekspertizası üçün morqa aparılıb.
Qeyd edək ki, hadisənin dəqiq səbəbləri meyityarma nəticəsində bəlli olacaq.