Mədəniyyət Nazirliyinin Apellyasiya Komissiyasının iclasları yekunlaşdı

Mədəniyyət Nazirliyinin Apellyasiya Komissiyasının iclasları yekunlaşdı
27 oktyabr 2023
# 16:40

19-26 oktyabr 2023-cü il tarixlərində nazir müavini Səadət Yusifovanın sədrliyi ilə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticəsindən razı olmayan namizədlərin şikayətlərinə baxılması məqsədilə yaradılmış Apellyasiya Komissiyanın iclasları keçirilib.

Kulis.az xəbər verir ki, Nazirlikdən APA-ya verilən məlumata görə, iclaslarda Apellyasiya Komissiyanın üzvləri - nazirin müşavirləri Cahangir Səlimxanov və Oleq Əmirbəyov, İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Şahin Həsənov, Hüquq şöbəsinin müdiri Gülər Mikayılova, Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfov və Elm, təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimovanın iştirakı ilə 47 nəfər namizədin nəticələrinə yenidən baxılıb. 47 namizəddən 9 nəfərin müsahibə nəticəsi dəyişdirilmiş, 38 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılıb.

Müzakirələr zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilmiş, müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Komissiya üzvlərinin hazırladığı rəylər müzakirə olunub.

Rəcəbova Mesed Ramiz qızı, Əliyeva Leyla İlqar qızı, Abbasova Gülnarə Çingiz qızı, Nəbiyeva Tərgül Rauf qızı, Aslanova Anaxanım Nəsir qızı, Mustafazadə Gülay Telman qızı, Dəmirzadə Xanım Dəmir qızı, Aslanova Nərmin Şahin qızı, Şükürova Aytən Asif qızı iclaslarda iştirak etmədiyindən onlarla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Komissiya üzvləri tərəfindən onların iştirakı olmadan müzakirə olunub. Sonda Komissiya üzvlərinin səsverməsinə əsasən müvafiq Qərarlar qəbul edilib.

Qərarlara əsasən, Şahbazlı Tamira Arzu qızı (30 bal), Əlləzova Sevinc Nadir qızı (25 bal), Abduləzimova Nazdı Azad qızı (21 bal), Eyvazova Ülkər Coşqun qızı (21 bal), Səfərova Vüsalə Əyyub qızı (21 bal), Qurbanova Aynur Yunis qızı (21 bal), İsgəndərov Fərid Rizvan oğlu (21 bal), Eynullayeva Turan Nadir qızı (21 bal) və Möyləyeva Gülüsüm Vüsal qızının (21 bal) əvvəl keçirilmiş müsahibə nəticələrinə dair müraciətləri təmin edilib.

Digər namizədlərin şikayətləri ilə əlaqədar qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticələrinə dair Müsahibə Komissiyasının qiymətləndirməsi tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılıb.

# 874 dəfə oxunub

Oxşar xəbərlər

Pezeşkian Bakıda bu şeiri dedi - Video

Pezeşkian Bakıda bu şeiri dedi - Video

20:53 28 aprel 2025
"Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" keçiriləcək

"Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" keçiriləcək

18:30 28 aprel 2025
"The Mayhem Ball" başladı

"The Mayhem Ball" başladı

16:35 28 aprel 2025
İranla qarşılıqlı mədəniyyət günləri keçiriləcək

İranla qarşılıqlı mədəniyyət günləri keçiriləcək

16:15 28 aprel 2025
Bahəddin Həzi - 60

Bahəddin Həzi - 60

14:30 28 aprel 2025
Heydər məscidinə memarlıq abidəsi statusu verildi

Heydər məscidinə memarlıq abidəsi statusu verildi

14:15 28 aprel 2025
# # #