Mədəni irs nümunələri dövlət mühafizəsinə götürülür

Mədəni irs nümunələri dövlət mühafizəsinə götürülür
4 noyabr 2021
# 19:00

Şəki şəhərinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində mövcud olan daşınmaz mədəni irs nümunələri dövlət mühafizəsinə götürülür.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisi daxilində yerləşən, 120 hektar sahəsi olan Şəki şəhərinin ən qədim hissəsi “Şəki Xan sarayının və şəhərin tarixi mərkəzi” adı ilə 2019-cu il 7 iyul tarixində Ümumdünya İrs Siyahısına daxil edilib.

Şəkinin qədim hissəsinin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsi zamanı “Dünya İrs Konvensiyası”nın II və V meyarları əsas götürülmüşdür. II meyara görə Şəki şəhərinin qədim hissəsinin memarlığı Böyük İpək Yolu üzərində yerləşən bir tarixi Azərbaycan şəhəri kimi intensiv beynəlxalq ticarətin və qonşu mədəniyyətlər ilə mədəni mübadilənin izlərini özündə əks etdirir. V meyara görə isə Şəkinin şəhərsalma və memarlıq ənənələri təbiət ilə mədəniyyətin ahəngli harmoniyasını, insanların təbiət resurslarından səmərəli və dayanıqlı istifadə etməsini özündə əks etdirir.

Bu meyarlar üzrə Şəki şəhərinin tarixi hissəsi Dünya İrs Siyahısına daxil edilsə də, həmin hissədə yerləşən bir çox tarixi tikililər, tarixi mühəndis-kommunikasiya qurğuları, yaşayış evləri və ictimai binalar “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarına əsasən təsdiq edilmiş siyahıya daxil edilməmiş və onlara inventar nömrəsi verilməyib. Buna görə də Şəkinin qədim hissəsində yerləşən bir sıra tikililərin yeni aşkar edilmiş tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə alınması labüd məsələyə çevrilib.

Şəki şəhərinin UNESCO Ümumdünya İrs siyahısına daxil edilmiş qədim hissəsində yerləşən onlarla tarix və mədəniyyət abidəsinin yeni aşkar edilmiş tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülməsi üçün Azərbaycanın mədəni irs sahəsində mövcud normalara və beynəlxalq mədəni irs normalarının tələblərinə istinad edərək təkliflər hazırlanıb.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən abidələrin əhəmiyyət dərəcələrinə görə bölgüsünün aparılması, həmçinin təsdiqlənmiş siyahıdan abidənin çıxarılması və əlavə edilməsi Azərbaycan Milli Elmlər Akademiyasının rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

Qeyd edilənləri nəzərə alaraq, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində mövcud olan sözügedən daşınmaz mədəni irs nümunələrinin dövlət mühafizəsinə götürülməsini təmin etmək məqsədilə “Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı hazırlanıb./azertag.az/

# 3224 dəfə oxunub

Oxşar xəbərlər

Ceyms Bond  roluna yeni namizəd  ortaya çıxdı

Ceyms Bond roluna yeni namizəd ortaya çıxdı

10:52 5 noyabr 2026
Məşhur aktrisa dünyasını dəyişdi

Məşhur aktrisa dünyasını dəyişdi

10:30 5 noyabr 2026
İtaliya kinosunun ən qalmaqallı rejissoru vəfat etdi

İtaliya kinosunun ən qalmaqallı rejissoru vəfat etdi

10:14 5 noyabr 2026
Türkiyədəki  batmış gəmi qalığı Ginnesin Rekordlar Kitabında

Türkiyədəki batmış gəmi qalığı Ginnesin Rekordlar Kitabında

10:10 5 noyabr 2026
Emin Piri:  "Əsgəri müharibədən daha çox ondan sonrakı dövr məhv edir" - Müsahibə

Emin Piri: "Əsgəri müharibədən daha çox ondan sonrakı dövr məhv edir" - Müsahibə

10:00 5 noyabr 2026
Builki Qonkur mükafatçısı:  "Romanımın bir hissəsini süni intellektlə yazmışam" - Qalmaqal

Builki Qonkur mükafatçısı: "Romanımın bir hissəsini süni intellektlə yazmışam" - Qalmaqal

09:45 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər