Maslenitsa bayram şənliyi keçirildi

Maslenitsa  bayram şənliyi keçirildi
18 mart 2024
# 10:25

Martın 16-da Azərbaycan paytaxtının mərkəzində - “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda qədim Şərqi slavyan bayramı olan Maslenitsaya həsr olunan bayram şənliyi keçirilib.

Maslenitsa rus mədəniyyətinin məşhur bayramlarından biri kimi Böyük Orucluqdan (“Velikiy Post” adlanan dini pəhriz – red.) əvvəlki son həftədə qeyd olunur. 2024-cü ildə Maslenitsa 11-17 mart tarixlərinə təsadüf edir.

Kulis.az xəbər verir ki, bayram şənliyi Bakıdakı Rus evi, "Yaşlek" Azərbaycan Tatar Gənclər Mərkəzi və Moskva Həmvətənlər Evinin dəstəyi ilə Azərbaycan Rus İcmasının Respublika Şurası tərəfindən təşkil olunub.

Geosiyasi mövqeyinə, çoxəsrlik dinc yanaşı yaşama ənənəsinə və tarixi inkişaf xüsusiyyətlərinə görə Azərbaycan qədim dövrlərdən müxtəlif dinlərin nümayəndələrinin birgə yaşadığı məkana çevrilib. Bununla da dinlərarası, millətlərarası və mədəniyyətlərarası dialoqun inkişafı üçün unikal mühit və əlverişli şərait yaranıb.

Azərbaycandakı Rus İcmasının rəhbəri Mixail Zabelin deyib: “Azərbaycan hökumətinin və İçərişəhər qoruğunun rəhbərliyinin dəstəyi ilə, Bakının Maslenitsa bayram şənliyinə ev sahibliyi edən, paytaxt sakinlərini və qonaqlarını yenidən bir araya gətirən mərkəzi hissəsi İşərişəhərdir. Biz bu bayramı qeyd etməklə, Azərbaycan xalqının qədim dövrlərdən ona xas multikulturalizmini bir daha vurğulayırıq. Bu gün Maslenitsa bayramı Novruz ərəfəsində keçirilir və burada Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri toplaşıblar. Masalarda göz oxşayan səməni bir daha onu sübut edir ki, biz təqvimdə demək olar üst-üstə düşən iki bayramı bir-birindən ayırmırıq”.

“Bu multikulturalizm Azərbaycan xalqının birliyi 44 günlük müharibədə, torpaqlarımızı erməni terrorçularından azad etdiyimiz zaman parlaq şəkildə özünü büruzə verdi. İndi isə viran qoyulmuş ərazilərin bərpası və çiçəklənməsi üçün çox böyük işlər aparılır”, - Zabelin əlavə edib.

Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin birinci katibi Pavel Kuznetsov qeyd edib ki, Bakının mərkəzində Rusiya mədəniyyətini əks etdirən bayram şənliklərinin keçirilməsi xüsusilə xoş təsir bağışlayır.

“Belə şənliklərdə Azərbaycan gənclərinin iştirakı gözəl ənənədir. Onlar həm konsert proqramından, şirniyyatlardan, yarmarkadan, həm də bütövlükdə xalqlar arasında əlaqələri möhkəmləndirən bu cür multikultural layihələrin əhəmiyyətini göstərən tədbirdən zövq alacaqlar” – diplomat bildirib.

Şirvanşahlar Sarayının əzəmətli divarları qarşısına toplaşan qonaqların xalq oyunlarını da əhatə edən animasiya proqramlarında iştirakı bu sözlərin təsdiqi oldu.

Şənliyin qonaqları "Yaşlek" tatar ansamblının həm rus xalq rəqsləri, həm də dünya xalqlarının rəqslərini özündə cəmləşdirən konsert proqramını xüsusi coşqu ilə qarşılayıblar. Konsertdə, həmçinin Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Xor Kapellası və Dağıstandan olan “Suvar” ansamblının solistləri iştirak ediblər.

Maslenitsanın ən dadlı bəzəyi olan “blinçik” (yelapardı – red.) bu qədim bayramın rəmzidir. İnsanlar Günəşi təcəssüm etdirən bu nazik yağlı yuxanın xüsusi mənası olduğuna inanırlar. Buna görə də, onunla bağlı bir çox əlamət və inanc mövcuddur. İnanca görə, evin sahibəsi bu nemətlərdən nə qədər bişirərsə, gələn il Günəşli günlərin sayı da bir o qədər olacaq.

Bayram şənliyində ənənəyə görə, qonaqlara yüzlərlə blinçik, bişmənin arasına qoymaq üçün isə xama, qatılaşdırılmış süd və hətta qırmızı kürü təklif edilib. Axı, Maslenitsadan sonra “Böyük Orucluq” başlayır, ona görə də, ziyafət süfrəsi bol və zəngin olmalıdır!

# 1580 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər