Kuklaçılar bayramı başlayır

Kuklaçılar  bayramı başlayır
17 aprel 2024
# 12:30

Azərbaycan və Türkiyə kuklaçılarının III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı öz işinə başlayır.

Kulis.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Türkiyə Milli Komissiyası və TİKA-nın dəstək verdiyi sənət festivalının təşkilində məqsəd kuklaçıları görüşdürməklə onların milli kukla teatrı və oyunları ənənələrini dünya miqyasında təbliğ etmək və yeni müştərək layihələrin reallaşmasına zəmin yaratmaqdır.

22 aprel – 2 may 2024-cü il tarixlərini əhatə edəcək ənənəvi beynəlxalq festivalın açılışı aprelin 22-də Türkiyənin paytaxtı Ankara şəhərində olacaq.

Belə ki, 22-26 aprel tarixlərində Ankaranın müxtəlif teatr və sənət mərkəzlərində Azərbaycan da daxil olmaqla qonaq ölkələr kukla tamaşaları ilə çıxışlar edəcəklər.
Tədbirə Azərbaycanla yanaşı Almaniya və İtaliyadan kukla teatrları, eləcə də dünyanın müxtəlif ölkələrində kukla və uşaq teatrları sənətçiləri qatılacaqlar.

Festival marafonu 27-28 apreldə İstanbulda davam edəcək. Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri hər iki şəhərdə çıxışlar edəcəklər. Yaradıcı heyət qardaş ölkə tamaşaçıları qarşısında repertuardakı iki maraqlı nümunə - “Müsyö Jordan və Dərviş Məstəli şah” marionet (M. F. Axundzadə) və “Məlikməmməd” (Azərbayxan xalq nağılı) kukla tamaşaları ilə çıxış edəcəklər.

Proqramın son dayanacağı isə Azərbaycan – Bakı şəhəri olacaq. Beləcə Türkiyə kuklaçıları Azərbaycan Dövlət Kukla Teatrı səhnəsində çıxışlar edəcəklər.

29 aprel – 2 may günlərinə təsadüf edəcək səfər çərçivəsində festival proqramına daxil olan tamaşalar bakılı teatrsevərlərin ixtiyarına veriləcək.

Türkiyə teatr təmsilçiləri tamaşaçılar üçün maraqlı olacaq kukla teatr sərgisi və kuklaların hazırlanma prosesini ehtiva edən seminar-təqdimatları da nəzərdə tutublar.

# 2237 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur film teatr səhnəsində nümayiş olundu

Məşhur film teatr səhnəsində nümayiş olundu

13:00 29 oktyabr 2026
“BAFTA”da pulsuz biletlər qalmaqalı –  Rəhbərlik qanunu pozub?

“BAFTA”da pulsuz biletlər qalmaqalı – Rəhbərlik qanunu pozub?

12:00 29 oktyabr 2026
“Qulliverin səyahətləri”nin  300 yaşı tamam oldu – Əsər niyə hələ də aktualdır?

“Qulliverin səyahətləri”nin 300 yaşı tamam oldu – Əsər niyə hələ də aktualdır?

11:20 29 oktyabr 2026
Beşillik fasilədən sonra yazdığı roman bestseller oldu

Beşillik fasilədən sonra yazdığı roman bestseller oldu

11:00 29 oktyabr 2026
“Breaking Away”  filminin ulduzu vəfat etdi

“Breaking Away” filminin ulduzu vəfat etdi

10:40 29 oktyabr 2026
Bu gün Türkiyənin Cümhuriyyət bayramıdır

Bu gün Türkiyənin Cümhuriyyət bayramıdır

10:30 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər