Azərbaycan Respublikasının Kino Agentliyi kino günü ilə əlaqədar olaraq hesabat videosu yayımlayıb. Videoda ARKA-nın son bir il ərzində fəaliyyət istiqaməti haqqında informasiya və statistik məlimatlar yer alıb.
Kulis.az xəbər verir ki, agentliyin əsas istiqamətlərindən biri ölkədə film istehsalına dövlət dəstəyini həyata keçirməkdir.
Cari il ərzində bu istiqamətdə bir neçə layihələ həyata keçirilib.
9 filmin istehsalı – 2.888.498 AZN
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən 2023-cü ildə elan olunmuş Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinə müraciət etmiş layihələrdən 9-u qalib seçilərək dövlət dəstəyi əldə edib.
Arılar və qəbirlər – tammetrajlı bədii – rejissor Amil Məmiyev
Nargin – tammetrajlı bədii-sənədli – rejissor Xəyyam Abdullazadə
Ölüm axtaran qadın – tammetrajlı sənədli – rejissor Fariz Əhmədov
Kür – Çaylar anası – tammetrajlı sənədli – rejissor Seyran Mahmudoğlu
Narqız – qısametrajlı animasiya – rejissor Məsud Pənahi, Rəşid Ağamalıyev
Borc – tammetrajlı bədii – rejissor Orman Əliyev
Xəzinə – tammetrajlı bədii – rejissor İsa Məlikov
Kapitan və Xəzər dənizi – qısametrajlı sənədli-animasiya – rejissor Türkan Hüseyn
Erkən hisslər – qısametrajlı bədii – rejissor Nurlan Həsənli
Apellyasiya nəticəsində təsdiqlənən 5 filmin istehsalı – 1.215.350 AZN
2023-cü il iyulun 18-də elan edilmiş film layihələri müsabiqəsinin qaydalarına əsasən, yaradılan Apellyasiya Komissiyasına müraciət olunan layihələrdən 5-ə dəstək verilməsi qərara alınıb.
“Rakurs Film-Media”, “Mənə bənzər adam” – tammetrajlı bədii
“Karvan production”, “Ağalı” – tammetrajlı bədii
“Rog Vfx Studio”, “Oriondan sevgilərlə” – qısa bədii
“Vətən TV Media Şirkəti”, “Müharibənin gözləri” – qısa sənədli
“Oskar Film”, “Danışır və göstərir Şuşa” – qısa sənədli
“Birlik kinostudiyası”, “Nağıl istəyirəm!” – qısa animasiya
6 filmin post-prodakşnı – 111.113 AZN
2024-cü ilin may-iyul aylarında ARKA-nın elan etdiyi post-prodakşn mərhələsində olan film layihələrinin tamamlanma işlərinin dəstəklənməsi üzrə müsabiqəyə müraciət edən layihələrdən 6-a dövlət dəstəyi verilməsi qərara alınıb. Qeyd edək ki, ölkədə ilk dəfədir ki, post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi keçirilib.
Yaddaş sarayları – sənədli – rejissor Mətləb Muxtarov
Geri dönüş – tammetrajlı sənədli – rejissor Elməddin Alıyev
Səssiz zaman – tammetrajlı bədii – rejissor Tahir Tahiroviç
Qara pişik, ağ şanı – tammetrajlı sənədli – rejissor Ələmdar Faiq
Tərsinə kölgələr – qısametrajlı bədii – rejissor Hacıbala Səfərov
Sən haralısan, durna? – tammetrajlı bədii-sənədli – rejissor İlkin Yusif
12 tələbə filminin istehsalı – 167.000 AZN
ARKA ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Tədris-film” kinostudiyası arasında bağlanan müqaviləyə əsasən 12 tələbə filminin istehsalı üçün kifayət qədər vəsait ayrılıb.
İnam – rejissor Mirzahid Ağayev
Düşmüş mələk – rejissor Elmar Fərzəli
Tullantılar dünyası – rejissor Araz Quliyev
Balıqçı kafesində görüş – rejissor Əhməd Əhmədov
Fundament – rejissor Mohammad Hossein Alipanahi
Dəyişə biməyən adam – rejissor Fidan Babayeva
Çağırılmamış qonaq – rejissor Mirhafiz Həsənov
Starın hekayəsi – rejissor Rauf Talıbov
Şirin yuxu – rejissor Şöhlət İbrahimova
Biçilmiş don – rejissor Xəyal Abbasov
Mühafiz – rejissor Rüstəm Sadıxov
Sabah – rejissor Lamiyə Həsənova
2022-ci ildən qalmış 2 yarımçıq filmin istehsalı və 3 ssenarinin inkişafı – 185.000 AZN
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2022-ci ildə keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” film layihələri müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi işləri müvafiq qaydada Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən həll olunub.
“Hadrut, sən azadsan!” və “Himayədar” filmlərinin istehsalı – 2.579.365 AZN
Bakı Media Mərkəzinin istehsalı olan “Hadrut, sən azadsan!” sənədli və “Himayədar” çoxseriyalı bədii filmlərinə müvafiq olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ARKA tərəfindən dəstək həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyi film layihələrinə dövlət dəstəyi məqsədilə il boyu müsabiqələr keçirməyə davam edəcək.