Kino Agentliyi "Borc" filminə 1 milyon manat ayırdı

Kino Agentliyi "Borc" filminə 1 milyon manat ayırdı
6 aprel 2024
# 18:00

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə film layihələri müsabiqəsi elan edib.

Kulis.az xəbər verir ki, kinematoqrafiya sahəsində fəaliyyət göstərən özəl qurumlar dövlət sifarişi, kommersiya, müəllif (sənət), debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrini 18 iyul – 29 noyabr 2023-cü il tarixlərində müsabiqəyə təqdim ediblər.

Təqdim olunmuş layihələrdən 11-i Ekspert Surası tərəfindən qalib elan olunub. Layihələri təqdim etmiş müstəqil prodüser mərkəzləri tərəfindən istehsala başlanılması məqsədilə ARKA tərəfindən müvafiq tədbirlər görülür.

Müsabiqənin nəticəsinə görə Kino Agentliyi ümumilikdə 11 layihə və 16 tələbə filmi layihəsini maliyyələşdirəcək.


“Xəzinə” (“Ultra Production” MMC),

“Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC),

“Borc” (“Bakı Media Mərkəzi” MMC),

“Arılar və qəbirlər” (“SFN Production” MMC) tammetrajlı bədii,

“Nargin” (“Karvan Production” MMC),

“Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC),

“Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC) tammetrajlı sənədli,

“Daş” (“ART Baku Production” MMC),

“Erkən hisslər” (“Rental Azərbaycan” MMC) qısametrajlı bədii,

“Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC) qısametrajlı sənədli,

“Narqız” (“Peri Film” MMC) qısametrajlı animasiya film layihələrinin və

16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsinə qərar verilib.

Azərbaycan Respublikasının Kino Agentliyi “Baku Media Mərkəzi” MMC ilə 2 satınalma müqaviləsi imzalayıb. Kino Agentliyi “Baku Media Mərkəzi” MMC tərəfindən çəkilən “Ölüm axtaran qadın” tammetrajlı sənədli filmi üçün 285 min manat, “Borc” tammetrajlı bədii filmi üçün isə 1 milyon manat vəsait ödəyəcək. Müsabiqənin ümumi fondu 5,5 milyon manatdır.

Qeyd edək ki, “Borc” filminin rejissoru və prodüseri Orman Əliyev, ssenari müəllifi İsmayıl İmandr.

# 2367 dəfə oxunub

Oxşar xəbərlər

“15 Sentyabr – Bilik Günü”  adlı sərgi istifadəçilərə təqdim olundu

“15 Sentyabr – Bilik Günü” adlı sərgi istifadəçilərə təqdim olundu

18:26 15 sentyabr 2026
“Emmi” mükafatı rekordlarla yadda qaldı

“Emmi” mükafatı rekordlarla yadda qaldı

17:30 15 sentyabr 2026
Van Qoqun 88 əsəri sərgiləndi

Van Qoqun 88 əsəri sərgiləndi

17:00 15 sentyabr 2026
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

16:54 15 sentyabr 2026
Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

16:36 15 sentyabr 2026
“Füyuzat” dərgisinin 150-ci sayı işıq üzü gördü

“Füyuzat” dərgisinin 150-ci sayı işıq üzü gördü

16:30 15 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər