Süni intellektin sürətlə yayıldığı və iş dünyasını dəyişdirdiyi bir dövrdə Kembric Lüğəti 2026-cı ilin sözü olaraq "Human" ("İnsan") kəlməsini seçib.
Kulis.az xəbər verir ki, lüğətdə bu söz "tanrılardan, heyvanlardan və ya maşınlardan fərqli olaraq insanlara xas keyfiyyətlərə, qüsurlara və duyğulara sahib olmaq" kimi izah edilir.
Lüğət mütəxəssisləri son bir ildə süni intellektin insan əməyini əvəzləməsi ilə bağlı artan narahatlıqlar fonunda "human-made" (insan istehsalı) və "human author" (insan müəllif) kimi ifadələrin istifadəsinin kəskin artdığını bildiriblər.
Bu seçim texnologiya əsrində "insan olmağın nə demək olduğuna" dair qlobal müzakirələri əks etdirir.
İlin sözü uğrunda mübarizədə "agent", "wholesome" və "dusking" kimi sözlər də yer alıb.
Bundan başqa, 2026-cı ildə lüğətə "aura farming" və "looksmaxing" kimi yeni ifadələr daxil edilib.
Qeyd edək ki, lüğət ekspertləri gələn il süni intellekt səbəbindən peşəkar olaraq lazımsız hala gəlmək qorxusunu ifadə edən "FOBO" və ani hava dəyişikliklərini bildirən "weather whiplash" terminlərinin ön plana çıxacağını proqnozlaşdırırlar.