"İRS" jurnalı Braziliyada nəşr olundu

"İRS" jurnalı

"İRS" jurnalı

13 noyabr 2021
# 15:30

Braziliyada "İRS" jurnalının portuqal dilində olan buraxılışı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnalda hər zaman olduğu kimi, Azərbaycan müəllifləri ilə birlikdə, braziliyalı və xarici yazarların də yazıları yer alıb. Dahi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Yeddi gözəl” əsərini ilk dəfə olaraq portuqal dilinə tərcümə edən siyasi elmlər üzrə fəlsəfə doktoru Nigar Sultanovanın məqaləsində şairin yaradıcılıq və dünya mədəniyyətinə verdiyi töhfəsindən söz açılır. Həmçinin jurnalda elmi tədqiqatçı Oleq Kuznetsov “2020, Qarabağ müharibəsi: mənşəyi, səbəbləri, nəticələri” adlı məqaləsində 44 günlük müharibənin detallı analizini aparır, Azərbaycanın haqlı mövqeyi və uğurlu Vətən müharibəsinin arxasında duran milli birlik haqqında danışır. Braziliyalı tədqiqatçı, keçmiş Dağlıq Qarabağ münaqişəsi üzrə mütəxəssis Azərbaycan və Xəzər hövzəsi regionuna həsr edilmiş internet portalı olan “Espaco Caspio”-nun yaradıcısı Joa Xavier öz məqaləsində İRS jurnalının artıq neçə illər boyu Braziliya və portuqal dilli oxucu kütləsini Azərbaycanın tarixi, mədəniyyəti, siyasəti və ölkəmizin həyatının digər sahələri ilə tanış etmək üçün geniş yazılar qəlmə alındığını qeyd edir. Hazırda, “Espaco Caspio” portuqal dilində Azərbaycan üzrə ixtisaslaşan internet portalıdır və onun izləyicilərinin sayı gündən-günə artmaqdadır.

Həmçinin jurnalda Abuzər Bağırovun “Azərbaycanın görkəmli intellektualları”, Sənubər Qasımovanın “Azərbaycan Respublikasının üç gerbi” və digər məqalələr yerini tapıb.

Qeyd edək ki, İRS jurnalının portuqal versiyası Braziliyanın aparıcı universitetləri və beyin mərkəzləri, müvafiq dövlət qurumları, Nümayəndələr Palatası, Senat və digər dairələrdə yayımlanır və maraqla izlənilir.

# 2482 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədəki  batmış gəmi qalığı Ginnesin Rekordlar Kitabında

Türkiyədəki batmış gəmi qalığı Ginnesin Rekordlar Kitabında

10:10 5 noyabr 2026
Emin Piri:  "Əsgəri müharibədən daha çox ondan sonrakı dövr məhv edir" - Müsahibə

Emin Piri: "Əsgəri müharibədən daha çox ondan sonrakı dövr məhv edir" - Müsahibə

10:00 5 noyabr 2026
Builki Qonkur mükafatçısı:  "Romanımın bir hissəsini süni intellektlə yazmışam" - Qalmaqal

Builki Qonkur mükafatçısı: "Romanımın bir hissəsini süni intellektlə yazmışam" - Qalmaqal

09:45 5 noyabr 2026
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçının konsertində

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçının konsertində

09:20 5 noyabr 2026
Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər