İki dəfə ailəsi dağıldı, gizli toy elədi, intim videosu yayıldı – Onun müəmmalı ölümünə səbəb nə oldu?

Anar Nağılbaz, reper

Anar Nağılbaz, reper

28 mart 2022
# 12:00

Bu gün məşhur reper Anar Nağılbazın doğum günüdür. Kulis.az bu münasibətlə reper haqda maraqlı faktları təqdim edir.

1. Anar Nağılbaz 1974-ci il, martın 28-də Bakıda keçmiş millət vəkili Rizvan Cəbiyevin ailəsində dünyaya gəlib.

2. Atası onun jurnalist olmasını istəyirdi. Lakin Anar öz istəyi ilə Mədəniyyət və İncəsənət Univeristetinin televiziya rejissorluğu fakültəsinə qəbul olub.

3. 1990-cı ildə rep kariyerasına başlayıb. İlk dəfə Kırımda Artek düşərgəsində rep deyib və Azərbaycanın ilk reperi kimi tarixə düşüb.

4. Anar bir müddət ədəbi yaradıcılıqla da məşğul olub. Nağıllar yazır və bu səbəblə də özünə Nağılbaz təxəllüsü götürür. O, bu təxəllüsünün səbəbini bu cür izah edirdi: “Hər kəsə aşılamaq istəyirdim ki, hər bir kəs öz həyatının nağılının bazı olmalıdır. Həm də bir nağılçı kimi məişətdə, cəmiyyətdəki nağıllarımızı rep diliylə, şeir diliylə yaradırdım”.

5. Anar Nağılbaz həm də teatr səhnələrində öz istedadını göstərib. Onun “Meşə nağılı” tamaşasında Mixail Qorbaçovu donuz, Azərbaycanı isə qurd obrazı kimi canlandırmağı tamaşaçılara həddən artıq maraqlı gəlmişdi.

Нет описания.

6. Bundan başqa Anar Nağılbaz kino sahəsinə də daxil olub. Onun diplom işi sayılan “Bakı oğrusu” filmi konsertlərdən yığdığı pulların sayəsində ekranlaşdırılmışdı.

7. Anar Nağılbazın şəxsi həyatı da yaradıcılığı kimi xeyli müzakirə mövzusuna çevrilmişdi. Reper ilk dəfə 2000-ci ildə bir milyarderin qızı ilə nişanlanıb. Amma bu münasibət uzun müddət davam etməyib. Hər iki tərəfin razılığı ilə nişan pozulub. Daha sonra Anjelika adlı bir xanımla sevgili olan Anar Nağılbaz onunla ailə qurmaq istəyir. Lakin qızın ailəsi toy günü bu izdivaca razı olmur. Anjelikanın ailə üzvləri toy məclisində iştirak etmir. Anarla Anjelika bütün çətinliklərə baxmayaraq, toyu keçirirlər. Lakin ailəni saxlamaq mümkün olmur. Anarın içkiyə qurşanması hər şeyi məhv edir. Anjelika iki övladını da götürüb Anarı tərk edir.

Нет описания.

8. Reper 2015-ci ildə Azərbaycanı tərk edib Çexiyada mühacir həyatı yaşayıb. 2018-ci ildə təzədən vətənə qayıdan Anar Nağılbaz mediadan gizli şəkildə toy eləyir, Aytən adlı xanımla evlənir. Lakin bu səfər də onun ailə həyatı uğurlu olmur. Rəsmi nikahdan sonra Aytən xanım Anar Nağılbazı tərk edib Bakıdan gedir. Reperin anasının müsahibəsində dediyinə görə, onun gəlini xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

9. Üst-üstə ağır günlər yaşayan və sosial linçə məruz qalan Anar Nağılbazın 2017-ci ildə internetdə porno videosu yayılmışdı. Və bu hadisədən sonra ağır stress keçirən Anar Nağılbaz media nümayəndələri ilə görüşdə göz yaşlarını saxlaya bilməmiş və videodakı şəxsin özünün olmadığı, ona şantaj elədiklərini demişdi.

Gallery

10. Anar Nağılbaz bu hadisədən cəmi bir il sonra, 2018-ci ildə dünyasını dəyişdi. Hələ də çoxları elə düşünür ki, yayılan video Anar Nağılbazın ölümünə səbəb olub.

# 11966 dəfə oxunub

Oxşar xəbərlər

Məmməd İsmayıl  dəfn olundu - Şair son mənzilə "Ruhani" sədaları altında yola salındı - Yenilənib

Məmməd İsmayıl dəfn olundu - Şair son mənzilə "Ruhani" sədaları altında yola salındı- Yenilənib

18:30 20 avqust 2025
520 min dolları Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm... - Şikayətçi

520 min dolları Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm... - Şikayətçi

17:05 20 avqust 2025
İngiltərədə sənət əsərinin xaricə satılmasının qarşısını almaq üçün fantastik məbləğ toplandı

İngiltərədə sənət əsərinin xaricə satılmasının qarşısını almaq üçün fantastik məbləğ toplandı

17:00 20 avqust 2025
Misir Bieannalisi 12 il sonra geri qayıdır

Misir Bieannalisi 12 il sonra geri qayıdır

16:30 20 avqust 2025
Peterburqda Opera və Balet Teatrının baş dirijoru təyin edilən ilk azərbaycanlı sənətkar

Peterburqda Opera və Balet Teatrının baş dirijoru təyin edilən ilk azərbaycanlı sənətkar

15:50 20 avqust 2025
Mürtəd Mustafa - Xəyal Məmmədovun hekayəsi

Mürtəd Mustafa - Xəyal Məmmədovun hekayəsi

15:00 20 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər